adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Noyabr 2021 09:00
2100
İDMAN
A- A+

Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına layiq görülüb

Fransanın "PSJ" klubunun argentinalı hücumçusu Lionel Messi 7-ci dəfə "Qızıl Top" mükafatına laiq görülüb.

Adalet.az xəbər verir ki, bu "France Football" nəşrinin "Qızıl top"u təltifetmə mərasimində elan olunub.

Messi bu mükafatı qazanma rekorduna sahibdir. Bundan əvvəl argentinalı 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl Top"a laiq görülüb.