adalet.az header logo
  • Bakı 28°C
03 Dekabr 2021 09:32
500
HADİSƏ
A- A+

Bakıda yük avtomobili gənc qızı vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qala qəsəbəsində yolu keçən 1992-ci il təvəllüdlü Babayeva Sevda Valeh qızını “ZİL” markalı yük avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ körpücük və bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.