adalet.az header logo
  • Bakı 25°C
04 Dekabr 2021 16:29
732
DÜNYA
A- A+

Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər

Fransa və Avropa İttifaqının digər ölkələri Əfqanıstanda ümumi diplomatik missiyanın açılması barədə danışıqlar aparır.

Adalet.az-ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O bildirib ki, bununla belə bu addım "Taliban" hərəkatının rəsmi hakmiyyət kimi tanınmasını nəzərdə tutmayacaq.

Qeyd olunub ki, ümumi diplomatik missiya müxtəlif Avropa ölkələrindən səfirlərin məkanı kimi çıxış edə bilər.

Fransa prezidentinin sözlərinə görə, ümumi missiyanın açılması üçün ilk təhlükəsizliklə bağlı məsələlər tənzimlənməlidir.