adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Fevral 2015 12:03
50393
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdənAdalet.azsaytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                        ***

Fidan Afər: "Hər şey səni sıxar, hər şey səni incidər, hər şey səni qırar amma bir şey insanı ayaqda tutar: Tanrı sevgisi və dualar... Yaxşı ki, varsan, Rəbbim...


                                                                        ***


Mehriban Zeynalova: ”Ən dəşhətli səhnə ziyalının bomja çevrilmə səhnəsidir...

                                                                         ***


Rühanə Paşazadə: "İnsanlar doğurdan çox vəhşiləşib. Biri arvadına iti hürüb deyə kiminsə boğazını kəsib öldürür,biri isə qartopu mağazasının şüsəsini sındırıb deyə.Necə cılızlaşır insanlıq get-gedə. Adam insan olmağından belə utanır.İnsanlar aqresivləşiblər, səbr,dözüm deyə bir şey yoxdu. Pislik,paxıllıq,kiminsə pis gününə sevinmək ve s. Sizcə bu nədir?! İnsanlığın sonu.......

                                                                                 ***



Zəminə Əliyeva: "Elnur bir daha sübut etdi ki, peşəkarların uğuru ancaq ölkədən kənarda mümkündür”


                                                                                ***


Sevinc Çılğın: "FB vaxtın elavə xercidir. Halbuki vaxtdan dəyərli heç nəyimiz yoxdur! Uzun müddət xəstəxanada yataqda yatan adamın birdən-birə 1000 nəfərlik toy zalına düşüb başını itirməsinə oxşayır hazırki durumum. Qaçmağım gəldi yenə...”



                                                                               ***



Şəfəq Ağacan: "Nə qədər sürətli qaçırsan qaç, vicdanından heç vaxt qaça bilməzsən..!”



                                                                                ***


Günel Manaflı: "Mənim üçün bəzi insanlar hava proznozu kimidir.Qulaq asıram amma inanmıram”



                                                                                 ***



Fatimə İbrahimova: "İllər öncə hər bir məhəllənin öz ağsaqqalı olurdu, yazılmış və yazılmamış qanunlarla o, həmin ərazini idarə edirdi. Onun sözü həmişə orada "yek" olurdu. İki adam bir-biri ilə mübahisə edəndə onun bir kəlimə "sakit olun" deməsi hər şeyə son qoyurdu. İndi isə bunlar qalmayıb...”



                                                                                 ***

Bəxtiyar Məmmədli: "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Novruz bayramında, bir sıra bölgələrdə İlaxır çərşənbədə, uşaqların papaq atmasını milli mentalitetə uyğun gəlməməsi və qeyrət rəmzi olması ilə bağlı "yeni kəşfə" imza atıb. Mən əminəm ki, bu kəşf tezliklə bütün ölkə ərazisini əhatə edəcək və regionlardan öz dəstəyini alacaq. AMEA-da bundan gözəl elmi ixtira, kəşf olmayacaq. İdeyanıza quzu kəsim”



                                                                                 ***

Xoşgül Quliyeva: "Bu həyatda insanın öz canindan şirin heçnə yoxdu, özünüzü hər bir mənada qoruyun sizdən daha olmayacaq



Sübhan Mahmudlu