SON DƏQİQƏ:

MÜƏLLİMƏLƏR, BAZAR OLSUN!

  57099   |  
Şriftin ölçüsü  
Mənim ilk 8 Mart sevincim məktəbdə birinci hadisə olan - əlaçı şagirdin anasına, mənim anama, müəllim kollektivi tərəfindən yazılan açıqca idi! Onu ən əziz xatirə və mənim əməyimə verilən böyük qiymət, anama gətirdiyim ilk qazancım, qürurum kimi hələ də saxlayıram. İllər keçsə də, hər dəfə arxivimi araşdırarkən o Novruz güllü açıqcanı görəndə eyni hissləri yaşayıram...
O vaxt müəllimlərimizə olan sevgimiz ikiüzlü deyildi! Umacaqlı deyildi...təmənnalı deyildi.
"Mənə bir hərf öyrədənin qırx il qulu olaram". Həzrət Əlinin söylədikləri bu sözləri xatırladıqca müəllim əməyinin böyüklüyü, bu şərəfli peşə sahiblərinin zəhməti göz önünə gəlir. Amma bu gün o şərəf haqqında nə qədər açıq ürəklə, birmənalı danışa bilərik!
8 Mart hər bir qadının həyatında az da olsa dəyişik bir gündür. Çoxu üçün böyük bəkləntilər günü, kimlər üçünsə diqqət, qayğı sınağı, kimlər üçün isə gəlir, qazanc günü.
Qadınların özlərinin varlığını isbat etməsi, haqqını tələb etmə imkanı, azadlığına qovuşması, etiras səsini ucaltmaq bacarığını, ifadə edən bu gözəl, anlamlı günün indi bu hala gəlməsi də cəmiyyətlərdəki aşınmaların bir təzahürüdür. Bağışlanmış bir zərif çiçəyin qəlbə verdiyi sevinc, sevgi, mənəvi güvən maddi istəklərlə əvəz olunmaqdadır. Bu bayram ayrı-ayrı insanlar arasında müxtəlif cür qarşılanır. Hədiyyə gözləyənlər, umanlar, alanlar haqda bilirik. Mənim yazmaq istədiyimsə o hədiyyəni nələrin hesabına ortaya çıxaranlar haqdadır.
Dünən işə gələndə yolda qonşum Samirə ilə rastlaşdım. Qanıqara olması səbəbini ərinin bu yaxınlarda avtoqəzada qıçını sındırması və uzun müddət xəstəxanada yatması, ondan bir az əvvəl isə dördüncü sinif şagirdi olan oğlunun yıxılaraq beyin qanaması keçirməsi olduğunu zənn etdim. İki ay neyrocərrahiyyəyə ehtiyac olacağı gümanı ilə müalicə almış uşaq xoşbəxtlikdən əməliyyatsız sağaldı. Amma ailəyə iki tərəfdən dəyən maddi yardımın borcu yəqin ki, uzun müddət ödəniləcək. Amma qonşumun dərdi bu deyilmiş. O, məktəbə getdiyini söylədi. Sən demə əvvəlki gün məktəbdə olan "sövdələşməyə" əsasən yeddinci sinifdə oxuyan oğlu üçün otuz manat, həmin müalicə olunan dördüncü sinif şagirdi (onun ağır müalicəsini müəllimləri də bilirdilər - F.R) üçün iyirmi beş manat və başqa fənn müəllimələri üçünsə hərəyə on manat aparmalıymış. O, bu pulu göynəyərək, boğazından, əynindən, balasının dərman parasından kəsərək müəllimələrə aparırdı. Necə deyərlər, həmin gün müəllimələrin başı qarışıq olacaqdı. Evlərinə neçə gün əvvəldən gözlədikləri qazanclarını - "bazarlıqlarını" aparacaqdılar. Hər kəsin narazılığı, el arasında deyildiyi kimi, başına fırlayaraq verdiyi, bu pullardan xeyir götürən olurmu görəsən? Bir neçə il əvvəl həmin məktəbdə mənim uşaqlarımın oxuduğu zaman müəllimənin verdiyi "ultimatum"u bir daha xatırladım. Valideynlər ona "neçədən yığmağı" soruşanda o, heç olmasa bir komplekt (qızıl dəst) eləsin! - demişdi...
Hər dəfə öz müəllimələrimi indikilərlə müqayisə etməli oluram və düzü çox təəssüflənirəm. Mənim müəllimlərim həqiqətən müqəddəsmişlər, qədrini bilməmişik. Mən həmişə onları sevmişəm, onlara sayqı, hörmət duymuşam. Bu gün görüşə bilməsək də hamısını tez-tez hörmətlə xatırlayıram. Bayramlarda onlara verilən, bir-iki ürək sözləri yazılmış açıqcalar (otkrıtka) onları necə də xoşbəxt edərdi...
Qonşumun söylədikləri onunla bitmədi. Məktəbə gəlməkdə məqsədinin müəlliməni təbrik etmək deyil, pulu çatdırmaq olduğunu deyən bir çox valideynlər o pulu uşağın əlinə verərək məktəbə yollayırlar. Uşaq, ona maaşı qarşılığında dəsr deyən müəllimənin bir də rüşvət tələbini beyninə həkk edir. Və bu, gələcək potensial rüşvətxorun yetişməsi üçün ilk addımlardandır ki, bilik, tərbiyə öyrətməli insanların əməlindən nəticə çıxarılaraq meydana gəlir.
Müəllimlərin də işə qəbulu zamanı and içəcəkləri haqda oxudum. Mənə maraqlıdır , onlar kimə (nəyə) and içəcəklər? Və bu əməllərin sahibləri olacaqlarsa niyə and içirlər. Həkimlərimizin Hippokratı hörmətdən saldıqlarını hər birimiz görürük. Müəllimlərin kimi ələ salacaqlarını düşünürəm.
Təhsil Nazirliyinin hər il məktəblərdə pul yığılmasına qarşı etdiyi xəbərdarlıqlara baxmayaraq heç bir şeyin dəyişməməsi "təəccüblüdür".
Mən inanıram ki, haradasa vicdanlı, qayğıkeş, millətimizin balaları üçün biliyini, əməyini, göz nurunu xərcləyən müəllimlərimiz də var. Amma məni bu yazıya görə qınamamışdan əvvəl onların harada olduqlarını siz deyin.
8 Mart Bayramınız mübarək, əziz qadınlar!
Yalnız 8 Martda deyil, hər gün zərif, sevimli, mehriban, gözəl, dəyərli olun!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK