SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  46729   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                           ***

Sevda Hüseynova: "Tənahlığı xoş əsintisi bir ətir kimi gəlib keçər ətrafından,o an anlayarsan bütünlüyünün tənhanlığa bağlı olduğunu....”.


                                                                           ***

Azər Sarıyev: "Yumurtadan srağa gün çıxıb, klaviaturanın da arxasına dünən keçib, bu gün mediaya "racon" kəsir. Allah, Allah!”.


                                                                           ***

Afaq Şıxlı: "İlahi, düşmən bildiklərimiz bizi arxadan da vura bilər, dost bildiklərimiz vurmasın!”.


                                                                           ***

Gülay Məmmədova: "Bir futbolçunun ayağına ödənilən pulun ,yarısı belə elm adamının başına ödənilmirsə,deməli bu cəmiyyət bədbəxt cəmiyyətdir”.


                                                                           ***

Elşad Məmmədli: "Siz eminsiniz ki, sabah mutləq yenə hava ishiqlaşacaq, səhər açılacaq? Birdən gecə bitmədi, səhər açılmadı, neyləyəcəyik?!))))”.


                                                                           ***

Faiq Balabəyli: "Azərbaycanın hansı cənub rayonun əhalisinə cənublular ÇEX deyir və niyə deyir, bilirsiz?”.


                                                                           ***

Ramiz Şıxaliyev: " Sizə hücum edən düşmənlərdən qorxmayın. Sizə yaltaqlanan dostlardan qorxun”.


                                                                           ***

Qan Turalı: "Yazıçı tanıyıram, Nobelin pulunu hara xərcləyəcəyini həll eləyib, mükafatı həsr edəcəyi şeyi tapıb, Nobel nitqini də yazıb. Bircə nobellik əsər yazmağı qalıb. Qalan hər şey hazırdır”.


                                                                           ***

İlqar Rəsul: "Solaxay adama "sağ ol" demək maraqlıdı...”.


                                                                            ***

Rəbiqə Nazimqızı: "Pəncərələrimizə dəmir mühafizə səddi çəkdilər. Heyif, daha kiminsə nə zamansa məni oğurlayacağı ümudi də məhv oldu”.


Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK