SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  45688   |  
Şriftin ölçüsü  

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da osan. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlia eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınnan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                        ***

Leyla Mehman Xanlar: "Hərdən həqiqəti tapanda onu lap dərində basdirmaq istəyirsən...”.


                                                                         ***

Xəqani Səfəroğlu: "Elmin qiymətini cahillərin içində olanda bilirsən..”.


                                                                         ***

Elşad Məmmədli: "Bir adami deyishdirmek cehdi 07-ye "Mercedes" motoru qoymaq kimi bir sheydir, onsuz da siqishmayacaq "Mercedes" motoru 07-nin motorxanasina))))”.


                                                                         ***

Tural Turan: "Şairlərin muxalifliyi Vətənə ədalətdən başlayır....”.


                                                                        ***

Sayman Aruz: "Bayraq, dövletin elinde bayram, xalqın elinde ise üsyan göstericisidir...”.


                                                                         ***

Sənan Nəcəfov: "Bir atı zorla bulaq başına gətirərsən, amma zorla əsla ona su içirdə bilmərsən”.


                                                                         ***

Solmaz Əliyeva: "Dünyanın ən kasıb 48 ölkəsinin 22-si Müsəlman ölkəsidir və bu Dövlətlərin prezidentləri, rəhbərləri dünyanın ən varlı 100 nəfəri siyahısındadır..”.


                                                                          ***

Günel İbadova: "Mukafat da, cəza da əməllərin nəticəsidir”.


                                                                           ***

Anar Turan: "İslam dinini tənqid edənlər, hər şeydə Qərbi nümunə göstərənlər diqqətlə baxsınlar. Bir şeyi yadınızda saxlayın: ABŞ 250 ildir ki, epizodik uğurları çıxmaq şərtilə ksenofobiya üzərində uğur qazana bilmir. Hələ də qaradərililəri həbs edir, öldürür. İslam peyğəmbəri isə hələ 1400 il bundan əvvəl qaradərilini müəzzin, imam təyin etmişdi”.


                                                                          ***

Zümrüd Abbas: "Ölkəmizdə keçiriləcək ''Bakı 2015'' ilk Avropa Oyunları Azərbaycanın çox güclü bir dövlət olaraq beynəlxalq imicini daha da möhkəmləndirəcək. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı bu kimi oyunların keçirilməsinə böyük zəmin yaradır.Ölkəmizdə həm siyasi sabitliyin,həm də regionun tam təhlükəsizliyinin təmin olunması Azərbaycanın gələcək uğurlu inkişafı üçün geniş imkanlara yol açır.Xalqlar,dövlətlər arasındakı dostluq,qardaşlıq dövlətimizin gücünü,qüdrətini,iradəsini nümayiş etdirir. Bizim uğurlarımıza,surətlə inkişaf edən iqtisadiyyatımıza kölgə salmağa çalışanlar bizə problem yarada bilməz.Məqsədimiz ölkəmizi olduğu kimi beynəlxalq sferaya təqdim etmək və Azərbaycanın bütün imkanlarını,iqtisadi gücünü göstərməkdən ibarətdir.Ölkəmizi bütün dünyada maraqla qarşılayıb tanımağa çalışırlar.Bizə göstərilən etimad,inam bütün bunlara əsas verir”.


Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK