adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 May 2015 12:59
51788
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.


Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                         ***


Rahim Rəhimov: "Gülmək gözəldir güldürənin varsa. Xoşbəxtlik gözəldir paylaşanın varsa. Sevmək gözəldi qarşılığı varsa”.


                                                                         ***


Elşən Əzim: "Bir qazanı qarışdırmağa o qədər çömçə girişib ki, qazanın içərisində çömçələrdən başqa bir şey qalmayıb. Artıq bir-birlərinə dəyib şaqqıldayırlar”.


                                                                          ***


Gülgəz Nur: "İnsanın oz içində, nəfəsində və nəfsində işıq gəzdirməsi hələ işin heç yarısı da deyil. Onun ətrafını nurlandırması üçün daha bir işıqla tale yoldaşı olması gərəkdir. Əks halda ondakı işıq elə içinicə qarsıb, çarəsiz ruhunu məkanından və niyyətinden edəcəkdir”.


                                                                           ***


Tural Sahab: "Bir yazıçının qiymətini ancaq zaman verə bilər. Yazar öldükdən sonra sevilib, oxunursa deməli o, həqiqətən yazmağı bacarıb”.


                                                                           ***


Cəlil Cavanşır: "Aranızdan ən dürüstləri xoşbəxt olcaq. Dürüstlük həm rahatlıq, həm xoşbəxtlikdir...”.


                                                                            ***


Könül Quliyeva: "Hər kəsi doğuruları ilə sevən çox olur. Yalnışları ilə seven isə, çox az olur. Məni bütün doğru və yalnışlarımla sevən bütün dostlarımı mən də çox sevirəm...Hər zaman yanımda oldunuz, mənəvi dayağım oldunuz...Nə yaxşı kı, varsınız!..”


                                                                              ***


Günel Cəlilova: "İnsanlar sizdən əvvəlki kimi istifadə edə bilməyəndə dəyişdiyini deyirlər”.


                                                                              ***

Azər Sarıyev: "Din artıq inanc sistemi yox, müdafiə, pərdələnmə vasitəsidir. Taksi sürücüsü kecikir, deyir, namaz qılırdım. İdmançı uduzur, oruc olduğunu bəhanə gətirir. Alverçi getdiyi Məşhədə, makler Kərbəlaya, deputat Həccə and içir. Silahdan söz düşəndə, "mən dindaram, silahla nə işim?" deyir. Yeri gəlmişkən, İŞİD-çilər də dindardır və Allaha and içirlər”.


                                                                             ***

Aybəniz Əhmədova: "Elə bil insanların İnamla qərəzi var.Onu öldürməyə ciddi-cəhdlə çalışırlar.Bir bilsəniz,hiss eləsəniz,onun ölümünün necə ağrı verdiyini”.


                                                                             ***


Günay Arda:"Kimi daha yaxşı tanımaq istəyirsinizsə, qaz verin. Başınıza çıxana qədər buraxın qabağa. Daha hündür yerdən yıxılsın. ..”


Sübhan Mahmudlu