adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Fəridə RƏHİMLİ - ALO...

FƏRİDƏ RƏHİMLİ
18152 | 2018-11-23 15:59

Fəridə RƏHİMLİ

ALO...

"Telefon zəng çalır. Dəstəyi götürənkimi "Alo” deyirik. Bu hər gün bir neçə dəfə təkrarlanır. Bəs hər gün dediyimizbu müraciət formasının necə yarandığını bilirsinizmi?
"Alo” sözünün maraqlı bir tarixçəsi vardır. Bu bir qadının adı və soyadının başhərfləridir: Alessandra Lolita Osvaldo.
Bu qadın telefonun ixtiraçılarından biri olanA.Qrehem Bellinsevgilisi olub. A.Bell ilk telefon xəttini sevgilisinin evinə çəkmişdi. Telefonhər dəfə zəng çalanda Graham Bell dəstəyi götürüb sevgilisinin adını deyərdi.Bell zaman keçdikcə sevgilisinə adını qısa şəkildə deməyəbaşladı. Ona"Ale Lolos”deyə müraciət etdi. Daha sonra sadəcə adın baş hərfləri ilə kifayətləndi:"ALO”.
Bir gün Alessandra Belli tərk etdi. Buna baxmayaraq, Bell onun zəngini həmişəgözləyirdi. Sonralar telefon geniş yayıldı. Bell başqa insanlarla da əlaqəqurdu. Lakin hər dəfə telefon zəng çalanda Bell adəti üzrə dəstəyi götürüb"Alo” deyirdi. Bax beləcə "Alo” sözü telefonla danışan insanlar arasında dayayıldı və populyarlaşdı”.

Bu məlumatıuzun illər əvvəl oxumuşdum və hər "alo” dedikcə fikirləşirdim ki, görəsən kimsəbu sözü işlədəndə Lolitanı xatırlayırmı…

Bu məlumatısadəcə, maraqlananlar üçün paylaşdım, yazımın məqsədi isə "alo”nun başqavariantda, başqa məqsədlə istifadəsi haqqındadır.

Sonzamanlar hər tində-bucaqda çeşid-çeşid taksi reklamları, xidmət təkliflərigörünməkdədir. "Alo taksi” reklamlarından götürüb zəng etdiyim şirkətinoperatorlarının işləri haqda bilgisizlikləri, adi nəzakət qaydalarını öyrənməmələri,heç deyilsə, taksini yönəldəcəkləri ünvanı bilməmələri çoxlu narazılıqlara səbəbolur. Əslində kəmiyyət artıqca keyfiyyət aşağı düşdü. İlk vaxtlar xidmətlərinitəklif edən taksi xidmətləri qaneedici idi. Sürücülər mədəniyyətləri iləseçilirdilər, mənzil başına çatanadək siqaret çəkməz, kondisioneri də icazəylə işəsalar, verdiyin pulun qalıqlarını geri qaytarardılar. Amma hər "ilk”lərimizkimi bu da uzun sürmədi.

"Tərlan” şadlıq evinin Saray kəndində olduğunuxüsusi vurğulasam da, məni doqquzuncu mikrorayondakı şadlıq evinə aparmaq istəyənsürücüyə - hara gedirsən, a bala?- deyə soruşduğumda məni borclu çıxartmağaçalışdı. Bəlli, tanınmış yer deyin ki, bilək də! – deyə etiraz edən sürücüyə:Bir kənddə bir şadlıq evindən daha tanınmış nə ola bilər ki, a bala? Bəlkə desəydimməni Zeynəbgilə apar, o vaxt tanıyacaqdın! Yersiz danışmasından pərt olansürücü bu dəfə də günahı operatorun düzgün yönəltmədiyində gördü...

Tək taksilər deyil, bütün xidmət sahələrimizdə işəlaqeyd yanaşma, o işdən yalnız gəlir mənbəyi kimi istifadə etmə hər kəsin bildiyi bir şeydir. Bu işin,yarı-yarıya deyilsə də, heç olmasa müəyyən cüzi bir hissəsini xalqa xidmət təşkiletməlidi. Hər sahədə formallıq, yalnız maddiyata bağlı dırnaqarası xidmətlərhökm sürməkdədi və bunun hara qədər gedəcəyi məni çox narahat edir.

Hər səhər-axşam, avtobus xidmətindən istifadə edənlərinyaxşı bildiyi kimi, evdən çıxıb işə və əksinə, getmək üçün ən az 3-4 saatımızyolda sərf olunur. Bütün dünyada məqsədi əhaliyə xidmət olan, sərnişinlərinrahatlığı üçün təşkil olunmuş avtobus xidmətləri bizdə əsəb mənbəyidi(BakuBus-ları çıxmaq şərtiylə). İqtisadi çətinliklər, sosial problemlər içindəolan aşağı təbəqə nümayəndələri evdən çıxıb getdiyi ünvana yetişənə qədər nə qədərolumsuz olaylarla qarşılaşıb əsəbləşir – hər səhər onu müşahidə edirəm, çünki məndə onlardan biriyəm...

Avtobusu qəsdən gecikdirərək insanları "mehribanolmağa” səsləyən sürücüdən tutmuş əlaqədar təşkilatların hamısı hər səhər-axşamsərnişinlər tərəfindən xatırlanır. Yaxşı, ya pis, onu siz düşünün! Sıxlıqdan tərləyib,avtobusdan endiyində "sətəlcəm” olan, təmiz geyinib çıxdığı paltosu, ayaqqabısıpalçığa , toza batan adamlar hansı əhvalla işə gedir sizcə? Hə, elə o əhvalı daişə daşıyır və sinirini işdəkilərə tökür...

O gün axşam 119 nömrəli avtobusu yarım saata qədərgözlədik. Hava çox soyuqdu. Digər avtobuslardan basabas olsa da üç-dördününkeçməsinə baxmayaraq 119 görünmürdü. Nəhayət biri gəldi – kənardan bir-birinə və qapı şüşəsinəyapışmış kimi görünən insanların acınacaqlı halı məni pərişan etdi.Düşündüm ki, görəsən bu millət bir-birinə niyə belə əziyyət verir. Axı neft vəmilyonlar səltənəti olan bu gözəlim ölkədə əhalinin rahatlığı üçün şəraityaratmaq mümkündür! Bunu kim, niyə istəmir? O halı görərkən və işdən sonrakı yorğunluqdan, ayaqüstə durmaqdan, soyuqdan halım pisləşməyəbaşladı. Keçən avtobusun üstündə BNA – Bakı Nəqliyyat Agentliyi və "Alo 141 –yol sizindir.... filan yazırdı. Zəng elədim, əsəbi şəkildə bu millətə niyə beləəziyyət edildiyini, avtobusun niyə vaxtında gəlmədiyini soruşacaqdım. Sərnişinlərinrahatlığı üçün heç bir iş görmürsünüz,heç olmasa marşrutlar fürsətçiliyi buraxıb vaxtında işləsindər, demək istəyirdim.Operator – "kompüter xanım” musiqi sədaları altında, asta-asta: "Siz növbədə üçüncüsünüz,xahiş edirik gözləyin”i bir neçə dəfə təkraretdi. Sonra beş-altı dəfə də "Siz, növbədə ikincisiniz, xahiş edirik gözləyin....səsiniz yazılır...” deməsinə 30 dəqiqəm və 30 qəpiyim çıxdı, telefon dəstəyini isəqaldıran olmadı. Əslində bu cür xidmətlər pulsuz olmalıdı. Onsuz da getdikcəartırılan qiymətlərlə qanımızı soranlardan biri də elə nəqliyyat sahəsidir. Görünür,hər zəngdən söyüş, qarğış eşitdikləri üçün pullu xidmətə üstünlük veriblər. Onlara gələn zəngləri dinləmək mənə çoxmaraqlı olardı...

"Hörmətli” cavabdeh şəxslər! Öz rahatlığınızı bizimnarahatlığımız, əsəblərimiz üzərində qurmayın, bu milləti bu qədər canındanbezdirməyin!!! Hər şeyin bir sonu olur...

TƏQVİM / ARXİV