SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: QAPIM DÖYÜLÜR...

  44870   |  
Şriftin ölçüsü  

... Ayaq səsləri eşidilir. Və bu ayaq səsləri kimin və nəyin ayaq səsləridi bilmirəm. Bildiyim odur ki, istər padşah ol, istərsə də nökər, bir gün qapın döyüləcək. Qapın döyüləcəksə, sən buna hazır olmalısan! Var-dövlətinlə, qızıl-gümüşünlə, imarətlərinlə yox; sadəcə olaraq, əməli-saleh və yaxşı işlərin qapın döyüləndə Allahın dərgahında sənin köməyinə, dadına çata bilər...

Nə etmək olar ki, bizim çoxumuz qapının döyülməsini heç yada salmırıq, bir an belə düşünmək istəmirik. Düşündüyümüz odur ki, elə bu dünya belə gəlib, belə də gedəcək. Hətta bəziləri belə deyir: "Əşi, beş günlük dünyadı da, ye, iç kef elə! Qalanı Allaha kərimdi”. Və çoxumuz da dünyanı beş günlük hesab eləyirik, yeyirik, içirik, kef eləyirik!..

Yadımıza bir dəfə də olsun belə Ulu Yaradanı salmırıq. Elə bil səhv elədim, salırıq: çətinə, dara düşəndə Allaha yalvarırıq ki, sən məni bu bəladan xilas elə! Qurban olduğum Ulu Yaradan hər şeyi eşidir. Amma hər yalvarışı, hər duanı qəbul eləmir. Çünki baxır o duanı, o yalvarışı eləyən adam nə qədər Allaha yaxın, əməli-saleh, ədalətli və insaflıdır.

... Qapım döyülür... Qapınız döyüləcək... Elə bir qapı olmayacaq ki, o qapı döyülməsin. O qapı döyülməmişdən öncə hər bir insan, hər bir adam axirəti üçün yaxşı əməllər, yaxşı işlər görməlidir.... Qapım döyülür və ürəyim buz kimidir. Heç kimin haqqını yeməmişəm və heç kimin də yanında gözükölgəli, suçlu deyiləm. Köməyimə böyük Ramiz Rövşənin aşağıdakı dörd misrası çatır:

... Qapım döyülür deyəsən,

Cəlladmısan, əcəlmisən?!..

Hər kimsənsə, xoş gəlmisən,

Hər gələn qonağa şükür...

... Və biz ölüm mələyini, o gözəl qonağı hər an, hər dəqiqə sevgiylə qarşılamalıyıq. Həyatı sevdiyimiz kimi ölümü də sevməliyik. Çünki bizi yaradan yaratdığı kimi nə vaxtsa da öz dərgahına aparacaq. Və Allahın dərgahına əməli-saleh işlərimizlə üzüağ getməliyik. Amma nə etmək olar ki, yüksək vəzifədə olanlar, xalqın dərisini soyub içinə saman təpənlər, məzlum insanların haqqını yeyənlər Ulu Yaradanın dərgahında burda olduğu kimi kef eləməyəcəklər. Yəni nə eləmisənsə; yaxşı, pis hamısının ya mükafatını, ya da cəzasını alacaqsan. Və bir də millətinə, xalqına, dövlətinə xəyanət edən adamlar ölümdən bərk qorxurlar. Çünki onlar yaxşı bilirlər ki, hansı qələtlər eləyiblər, hansı haqsızlıqlar törədiblər, kimlərin halal haqqını mənimsəyiblər.

Bir ər-arvad varmış düşünürlərmiş ki, ölməyəcəklər. Hər ikisi fikirləşir, axırda bu qərara gəlirlər ki, elə bir yerə gedib çıxsınlar ki, orda ölüm və qəbiristanlıq olmasın. Az gedirlər, çox gedirlər, gəlib bir vilayətə çıxırlar. Görürlər ki, balam, burda bir qəbiristanlıq belə yoxdu, camaat da kef eləyir. Ər-arvad deyir:

- Bax, bizim axtardığımız yer buradı. Biz də bu camaat kimi yaşayıb kef eləyərik.

... On-on beş gün keçir, eşidirlər ki, qonşuda bir nəfər xəstələnib can üstədir. Adamlar da onun başına yığışıb çox böyük sevinclə onun ölməyini gözləyirlər. Arvadla kişi bu səhnəni görüb təəccüblənir. Bir-birinə deyir ki, bunlar nətəri camaatdı. Bizdə adam can verəndə ağlaşma olur, bunlar isə çırtıq vurub oynayırlar. Yarım saatdan sonra can verən adam ölür; onun yanındakılar əlində bıçaq, balta biri başını kısir, bir qolunu doğrayır, biri ayaqlarını kəsir, biri də bağırsaqlarını çırıb dağıdır. Və başlayırlar kəsdikləri yerdən götürdükləri əti qanlı-qanlı ağızlarına dürtməyə...

Kişiylə arvad bərk qorxuya düşür, dabanlarına tüpürüb öz məmləkətlərinə qaçırlar. Şükür eləyirlər ki, canımız bu vəhşilərin əlindən yaxşı qurtardı. Yenə bizdə adam dünyasını dəyişəndə xətir-hörmətlə kəfənə büküb qəbiristanlıqda dəfn edirlər. Bu hədisdən belə bir nəticə hasil olur ki, istəyirsən yerin dibinə gir, istəyirsən göyün yeddinci qatına qalx. Hara üz tutsan əcəlin tamam olanda ölüm mələyi başının üstünü kəsdirəcək. Və bu ölüm mələyi başının üstünü kəsdirirsə, Allahın əmriylə olur. O nə bir dəqiqə gec, nə də bir dəqiqə tez gələ bilər. Yenə böyük Ramiz Rövşənin "Bütün dostlar sağ ola kaş” şeiri yadıma düşür:


Mən öləndə ağlamağa

Bütün dostlar sağ ola kaş.

Gözlərimi bağlamağa

Heçə cüt barmaq ola kaş.


Boynunu büküb qapıda,

Bir qız göz yaşı axıda...

Üç balam şirin yuxuda,

Qadınım oyaq ola kaş.


Güc tapmasam ev tikməyə,

Qapımda ağac əkməyə.

Kəfən yox, məni bükməyə

Bir yaşıl yarpaq ola kaş...


Heç bilmirəm bu mövzu hardan yadıma düşdü. Əbülfət Mədətoğlunun sözü olmasın, qanınızı qaraltdımsa, kefinizə soğan doğradımsa, buna görə üzr istəyirəm. Vallah, məni sevənləri mən də çox istəyirəm. Bunu məni tanıyanlar hamısı yaxşı bilir. Və bəzən görürsən ki, adam kövrəlir, içindəki dərd, ələm onu boğur, bax, onda adam Allaha bir köynək də yaxınlaşır. Mən də bu yazını qələmə aldım ki, bu kədərli, bu qəmli anlarımda qurban olduğuma bir az da yaxınlaşım....

... Lap yadımdan çıxmışdı. Axı sabah qardaşımın bacanağı, böyük ziyalı və gözəl insan, BDU-nun professor Tahir Baxşəliyevin oğlu Turqutun və tələbə yoldaşım, polis mayoru Gövhər xanım Rzayevanın oğlanlarını toyudur. Mübarək olsun! Hər iki toya dəvətliyəm. Allah qoysa, o toyda iştirak edəcəyəm. Və Ulu Yaradan hamının övladına toy qismət eləsin! Və bir də hamınıza toylu-büsatlı bir ömür arzulayıram...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK