SON DƏQİQƏ:

 Evinizdəki aptek: Lənkəran limonu, məcun deposu...

  106875   |  
Şriftin ölçüsü  

Yaydır! Havalar çox isti keçir. Adi bir hərəkət edəndə tərləyirik, kürəyimiz aşağı tər axır. Bədən tərli - sulu vaxtı çox həssaslaşır. Yəni  "soyuqlama” halları intensiv olur! Hətta  isti otaqdan sərin kondisionerli otağa   keçdikdə də "zökəm"  insanların yaxasını buraxmır. Belə vaxtlarda həkmə getməyə, aptekilərə qaçmağa ehtiyac yoxdu.

Adalet.az xəbər verir ki,  Azərbaycanın bərəkətli torpaqlarında - Lənkəran , Astara və Masallı rayonlarında yetişən bu faydası bol, ləzzəti vazkecilməz olan məhsuldan-limondan istifadə etmək lazımdı. Limon süfrələrimizin, demək olar ki, yaraşığıdır , tacıdır. Hətta çay süfrəsini onsuz təsəvvür etmək belə, mümkün deyil. Ağbirçəklərimizin ​məsləhətinə görə,  isti havada gümrah qalmaq üçün xüsusi içkilər içmək lazımdır. Limondan hazırlanan içki susuzluğu yatırır. Belə bir içkini hazırlamaq üçün bir stəkan suya limonun dörddə bir hissəsi əlavə edilməlidir. İçkiyə yarım çay qaşığı şəkər və bir çimdik duz da əlavə etmək olar. Belə içkini az miqdarda hər yarım saatdan bir içmək fayda verir. 

 

Qədim limon - Qədim Azərbaycan

 

Limonun Azərbaycanda qədim zamanlardan becərildiyini göstərən fakt qədim yunanların bu meyvəni Midiya alması adlandırmasıdır. Midiya e.ə. VIII-VI əsrlərdə Cənubi Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətdir. Hindistanda limon artıq 3 min ildir ki, istifadə olunur. Çünki vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə, hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Guman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sozündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir . Əvvəllər bəzi xalqlarda limon şənliklərin, nikah mərasimlərinin rəmzi sayılırdı.

 

Limon sağlamlığımızın rəhnidir...

 

Tarix elmləri doktoru, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Azərbaycanın Tibbi Tarixçiləri Cəmiyyətindəki nümayəndəsi Fərid Ələkbərlinin "Şərq təbabətinin min bir sirri" kitabında bildirilir ki, XVII əsrə aid Azərbaycan müəllifi Hacı Süleyman İrəvani limon lətinin, qabığının, çiçəyinin və yarpağının ürəyi gücləndirdiyini, iştahı artırdığını deyirmiş. Bundan başqa, limon ödqovucu təsirə malikdir. O, aritmiyaya qarşı effektiv olmaqla yanaşı, həm də mədəyə xeyirdir. Limon şirəsi susuzluğu aradan qaldırır, qızdırma zamanı da işə yarayır. Ondan əla mürəbbə alınır... "9 qram təmizlənmiş limon tumu heyvan mənşəli zəhərlənmə zamanı faydalıdır".
 

 

 

Səfəvilər dövrünün görkəmli təbibi, alimi Məhəmməd Mömin 1669-cu ildə limon haqqında yazırdı: "Limon və qabığı ürəyə xeyirdir. O, mədəni bərkidir, iştahı artırır, sarılıq zamanı xeyirlidir, qarınağrısı zamanı qazqovucu kimi təsir göstərir . Bununla yanaşı, limon qızdırma, malyariya, soyuqdəymə xəstəlikləri, yüksək hərarət, angina, boğaz ağrıları və şişməsi zamanı da faydalıdır. Limon şirəsi sərxoşluğun qarşısını alır və sərxoş adamı ayıldır. Amma o, mədə-bağırsaq üçün ziyanlı da ola bilər. Kəskin öskürək zamanı da limon məsləhət deyil. Amma onun bu çatışmazlığını şəkər və balla "nizamlamaq" mümkündür. Limonun toxumu orqanizmdə həyat tonusunu artırır. 3-6 qram limon tumu qaynar su və ya şərbətlə qəbul edilir".

Yunan alim Böyük Pliniyisə iddia edirdi ki, limon ilan sancmasına qarşı əla vasitədir.

 

"Limon əla yeməkdir”

 

Ət yeməkləri yemək menyümüzün əsasını təşkil edir. Amma diyetoloqlar yağlı ət istehlakının qan təzyiqi və infarkt riskini artırdığını deyirlər: "Həm artıq çəkinin, həm də ürək sağlamlığını qoruyan iki xüsusi qida var. Bunlardan biri sirkə, digəri isə limondur. Limonun antioksidant və C baxımından zəngindir. Bu faydalı maddələr ətin kanserogen təsirinin azaldır, toksinləri uzaqlaşdırır, yağları yandırır, dəriyə təravət bəxş edir, ən əsası isə bədəni dezinfeksiya edir. Bir sözlə ət xörəklərini tükədən zaman limondan istifadə faydalıdır.
 
 
Limonu salatlarda yemək isə daha məqsədəuyğundur
 
 
XVII əsrin sonunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və xəttatlarından bir Məhəmməd Yusif Şirvani "Tibbnamə"də yazır: "Limon əla yeməkdir. O, həzmə kömək edir, iştahı artırır, ağızdan gələn pis qoxunu, gəyirməni, həzm problemini aradan qaldırır. Sərxoş adamın ayılmasına kömək edən bu meyvə öyüməni, ürəkbulanmasını aradan qaldırır. Ürək döyüntüsü həddindən artıq yüksəkdirsə, baş ağrıyırsa, bu hallarda da limon köməyə gəlir. Bunlar sınaqdan keçirilmiş məsələlərdir".

XVIII əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 qr limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.

 

Gözəlləşdirən limon

Kosmetikada limon geniş istifadə edilir. Yumurtanın ağı, limonun şirəsi, qliserin və odekolon qarışığı üz dərisini yumşaldır, ağardır və ləkələri təmizləyir. Üzün dərisi yağlı olanda 1:1 nisbətində limon şirəsi və odekolon qarışığı məsləhət görülür.

Görkəmli alim Məhəmməd Mömin yazıb:”Limon dəridən qara dəmrovu, ləkəni, qoturluğu da təmizləyir”. Limon sızanaqları da azalda bilir. Limonun qabığı və çiçəklərindən də istifadə etmək mümkündür”. Limon suyu dəriyə parlaqlıq qazandırır. Günəş altında qurudulmuş və üyüdülmüş limon qabığı saçlara tətbiq edildiyində bədəni sərinləşdirir və baş ağrısını kəsir. Limon suyu saçların rəngini açır və dərini bəyazlaşdırır. Dəridə göbələk xəstəliyi olan yerlərə limon şirəsi çəkməkdə xeyirlidir.

Başın dərisi quru olanda və saç töküləndə başı yuduqdan sonra 1 litr isti suya 2 çay qaşığı natural limon şirəsi töküb başı yaxalamaq, bu saçların tökülməsinin qarşısını alır. Eyni zmanda limon yağından ən çox ətriyyat sənayesində, qiymətli ətir və odekolonların tərkibində istifadə edirlər.

 

Əntiqə Rəşid

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK