SON DƏQİQƏ:

HARDAN BİLƏYDİM, MAHMUD -  Kəmalə Abıyeva yazır

  97844   |  
Şriftin ölçüsü  

Azadlığına qəsd edən varsa, ölümü gözə alacaqsan.

Əsir torpaqların azadlığı elə böyük sevincdi ki! Azadlıq uğruna savaşarlar.

Bu savaşdan qalib çıxanlar - hər yaralı, hər itgin, hər şəhid sevinc dünyamızda özünə yer elədi. Hər biri haqqında danışmaq, yazmaq, hər birini tanımaq istəyirik... Bir – birimizi onları unutmamağa çağırırıq günlərdi. Amma Onlara olan borcumuz ödənməz ki!... Onların arasında bir tərəfdə dayanıb utancaq – utancaq gülümsəyən Mahmuda da.

Mahmud yaddaşımda iz buraxan məzunlardandı. Mahmud haqqında əmin fikrim vardı: Burda dayansan, sənə çətin olacaq, hətta həyatını ititə bilərsən, amma başqalarına yaxşı olacaq. Amma məcbur deyilsən, gedə bilərsən, amma başqaları əziyyət çəkəcək. Seçim sənindi. Üzündəki utancaq təbəssümü “olsun” deyərdi. Mahmud tərəddüd etmədən ölümünə razı olardı.

Ailənin sonbeşiyi və iki bacının tək qardaşı idi Mahmud. İkinci Qarabağ savaşı başlayanda hərbi xidmətdə idi. Suqovuşan uğrunda döyüşlərə qatıldı. “Torpaqlarımızı azad edəcəyik. İnanıram. Bunda mənim də payım olacaq” – dedi son dəfə. Ata – ana yurdu Cəbrayılı görmək oldu son arzusu. Sonra... Günlərlə ondan xəbər ala bilmədilər. Əslən Cəbrayıldan olan Heydər Cavadov Birinci Qarabağ savaşına könüllü gedib. 90 – cı ilərdə 6 il hərbi xidmətdə olub. Birinci Qarabağ Savaşının zabiti kimi bu xəbərsizlikdən xəbəri vardı, həyacanını gizlətməyə çalışsa da, nə olduğunu bilirdi əslində. O həm də ümidini gözlərinə sıxan Ata idi. Vurnuxurdu, bir – neçə dəfə cəbhə bölgəsinə getdi xəbər ümidiylə. Olmadı...

İgidlərimizin, Şəhidlərimizin hamısının üzündə bir işıq, nur var... Bu işığı qaranlığımıza verib gedənlərdən biridi Mahmud.

Hardan biləydim ki, bir gün çox sevdiyim şagirdim Vətən yolunda Şəhid olacaq, onun haqqında yazı yazacağam. Hardan biləydim?

Hardan biləydim, Mahmud?...

Utancaq, sakit, ağıllı baxışları ilə gözlərimin önündədi. Elə bil heç yerə getməyib, hələ şagirddi. Qiymətləri 4 və 5-idi. Oxuduğu sinfin uşaqları da savadlıydı. Hay-küylü idilər. Böyüdükcə bir az da dəcəlliəşdilər. Elə uşaqlar vardı müəllimləri bezdirirdi. Osa dəyişmirdi. Hərdən bəzilərinin yersiz hərəkətlərindən onların əvəzinə utanardı. Dəyərliydi. Utanmaq hissi olmayanların dəyəri olmur. Dəqiq elmləri sevərdi. Arada “Bu gün Mahmud 5 alır. Bu təkcə biliyinə verilən qimət deyil. Davranışına, məsuliyyətinə, özünə və ətrafına hörmətinə verilən qiymətdi” –deyərdim. Üzündə yenə utancaq təbəssümü görünərdi. Fərqliydi Mahmud.

Texniki universitetin bakalavr pilləsini bitirib magistraturada oxumaq arzusu vardı. Amma “ hərbi xidmətə gedəcəm” dedi. Anası Səkinə xanımın “Bəs magistratura?” sualına “Vətənə borcum var” deyə cavab verdi. Ana bilirdi ki, Mahmud boşuna danışmaz, qərar veribsə, gedəcək. Ona görə də heç nə demədi. Borcunu verməyə getdi Mahmud. Anası Səkinə xanım deyir ki, onu hərbi xidmətə yola salmağa getmişdik, uşaq elə sevinirdi, elə sevinirdi. Sonra kövrəlir: Mən ona hələ uşağım deyirdim, bir də baxdım ki, o artıq böyükdü - əskərdi. Dostlarının gətirdiyi bayrağı gah başına tutdu, gah öpüb əzizlədi, gah sinəsinə sıxdı... Bir də...”Anayam...Nəsə vüqarla Hərbi Komissarlığın qarşısında vüqarla dostlarıyla dolaşan oğluma baxanda mənə elə gəldi ki, onu son dəfə görürəm...Bilmirəm niyə? Ana ürəyidi”- söylədi ana. Ah, ana...

Möhtəşəm ANAlar! “Vətən sağ olsun!” – deyən Ana ürəkləri.

Sevinclə, qürurla, fəxrlə getdi. Vətən bayrağını sinəsinə sıxıb getdi və bayrağa sığınıb gəldi. Qubadlıda, Xankəndində, Xocalıda dalğalanmaq üçün bayrağa dönüb gəldi. İndi O ikinci Fəxri Xiyabanda ən böyük amalları Vətən azadlığı olan, hər biri Vətən olan igidlərimizlə birlikdədi.

Onların arzuları Vətən torpağında boy verəcək.

Mahmudların düşüncəsi, mənəvi dünyası, vətən sevgisi...keçmiş olmur. Bu gündə yaşayır, sabaha gedir.

Hər şəhid sarsıdır adamı. Onun da şəhid olduğunu eşidəndə sarsıldım. İnanmaq istəmədim. Oxuduğu məktəbin Tədris hissə müdiri Naibə müəllimlə, sinif rəhbəri Aidə xanımla xeyli söhbətləşdim, bölüşdüm. “Çox gözəl şagird idi. Ağıllı, təmkinli, savadlı. Öz dünyası vardı. Hər kəsi də o dünyaya buraxmazdı” – dedilər.

Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli məktəbin məzunuydu Mahmud Heydər oğlu Cavadov.

Ölməzliyə qovuşan 21 illik ömrünün 11 ilinin şahidi olan məktəb divarlarına, pillələrə, sinif otaqlarına baxmaq keçdi ürəyimdən. Mənə elə gəldi ki, həmişə oturduğu ikinci partada oturub yenə Mahmud. Əlbəttə oturub. Çünki onun dünəninin arzuları bu gün həqiqətə çevrilib, sabah Ağdamda, Fizulidə, Kəlbəcərdə, Laçında, Şuşada yaşayacaq. Xocalıda çiçəkləyəcək.

Bu arzular heç vaxt bitməyəcək. Həmişə yaşayacaq, bu doğma yurdu – Azərbaycanı yaşadacaq Mahmud kimi. Mahmudlar kimi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-30
2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK