adalet.az header logo
  • Bakı 20°C
23 Yanvar 2021 10:35
17534
DÜNYA
A- A+

Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu

6 yanvar iğtişaşlarından sonra paytaxt Vaşinqtona göndərilən yüzlərlə ABŞ-ın milli qvardiya əsgəri koronavirus xəstəliyinə tutulub və şəhər otellərində karantina alınıblar.

 ABŞ Senatının profil komitəsi hazırda vəziyyəti araşdırır.

Məlumata əsasən, qvardiyaçılar bildiriblər ki, virusa qarşı kifayət qədər tədbirlər görülməyib. Paytaxta gələn əsgərlərin əksəriyyəti koronavirus testindən keçməyib. Bəzi hərbçilərin yalnız hərarətləri ölçülüb və yoluxanlarla mümkün əlaqə barədə soruşulub. Bundan əlavə, hərbçilər dar şəraitdə iolduqları və sosial məsafəni qorumadıqları bildirilir. Qvardiyaçıların əksəriyyətinin Vaşinqtona gəlmədən əvvəl yoluxmaları ehtimal edilir.

Xatırladaq ki, hazırda ölkə paytaxtında 6 yanvar iğtişaşlarından sonra yerli hüquq-mühafizə orqanlarına küçələrdə asayişi təmin etməyə kömək üçün Vaşinqtona çağrılan 26 000 milli qvardiya hərbçisi yerləşdirilib.