SON DƏQİQƏ:

Təhsil naziri türkiyəli həmkarı ilə görüşdə: “İmzalanan protokoldan gözləntilərimiz böyükdür” - VİDEO

  12763   |  
Şriftin ölçüsü  

Türkiyənin Təhsil naziri Ziya Səlcukla azərbaycanlı həmkarı Emin Əmrullayev arasında görüş keçirilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Türkiyə Təhsil Nazirliyinin mərkəzi binasında keçirilən görüşdə iki ölkə arasında təhsil sahəsindəki münasibətlər müzakirə edilib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında türkiyəli nazir Ziya Səlcuk bildirib:

“Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Heyətə daxil olan həmkarım Emin Əmrullayevlə 19 fevralda Türkiyə prezidentinin köməkçisi Fuad Oktay və Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu üçün bir protokol imzaladıq. İnformasiya texnologiyaları, səyahət xidmətləri, mebel və interyer dizaynı, moda dizaynı kimi beş sahədə təhsil verilməsini planlaşdırdığımız Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu ilə peşə təhsili sahəsində ölkəmizin təcrübələrini qardaşlarımızla paylaşacağıq”.

Türkiyə ilə Azərbaycan arasındakı dostluğun daimi olacağını vurğulayan Azərbaycan Təhsil naziri Emin Əmrullayev isə bildirib:

“19 fevral tarixində imzalanan protokoldan gözləntilərimiz böyükdür. Eyni zamanda bu protokol çərçivəsində bizim iki peşə məktəbimizin də Türkiyə ilə birlikdə idarə olunmasını planlaşdırırıq. Bundan əlavə, təhsil sahəsində bir çox əməkdaşlıq layihələrini və protokolları həyata keçirmək istiqamətində danışıqlar apardıq”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07
2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK