adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Mart 2021 19:54
32669
ANALİZ
A- A+

Gözün aydın, seyid

Dünya yaranan gündən İslam dininə xüsusi hörmət, ehtiram, inanc

müsəlmançılığın əsasını təşkil etmişdir. İmamlardan törənən seyidlərin şəcərəsi dünyanın hər yerinə şaxələnib yayılmışdır. Seyidlər müqəddəslərin davamçısı, ocaqları - ziyarətgah, inanc, ümid, şəfa mənbəyi olmuşdur. İnsanlar dara düşərkən, xəstə olarkən həmin ocaqlardan, pirlərdən şəfa diləmiş, aləmləri yaradan Allaha dua edərək o müqəddəslərin xatirinə onların muradına çatması üçün yalvarmış və muradlarına çatmışlar. Hələ tarixi keçmişimizdə xalqımız Məşədiyə, Həccə, Kərbəlaya, Kəbəyə, Məkkə-Mədinəyə, hətta Qüdsə və s. ziyarətlərə uzun səfər edərək əbədi rahatlıq tapmışlar. İnsanların müqəddəslərə, ziyarətgahlara həmişə ehtiyacı olmuşdur. Bu gün bu ocaqların mərkəzində seyidlər dayanır. Xalq ənənəsində Peyğəmbərin nəslindən olanlar seyid adlanır. İstər islam dinində, istərsə də xalq arasında seyidlərə ehtiram göstərmək, qulluğunda durmaq həm səvab, həm də çox təkid olunur. Məclislərdə seyidi yuxarı başda əyləşdirmək, onun qulluğunda durmaq ənənəyə çevrilib. Bizdə də seyidlərə xüsusi ehtiram və hörmət vardır. Seyidlərin insanların üzərində haqqı vardır. İnsanların da onların üzərində haqqı vardır.

Seyidlik – (ağa) mənəvi bir şərafətdir. İmam Rza buyurub:” Biz nübuvvət nəslinin insanları üzərinə olan haqqımız Peyğəmbərə (s) görədir”. Seyid - bəşəriyyətin ucalıq və əzəmətini nümayiş etdirən insaniyyət əxlaqını və dəyərini nümayiş etdirən insandır. Belə sevimli seyidlərdən biri də seyid Hacı Talıb Səyyad oğlu Hüseynovdur. Talıb Səyyad oğlu 1963-cü ildə Füzuli rayonunda ağır seyidlərdən olan seyid Səyyahın ailəsində dünyaya gəlib. Körpəyə Bəni Haşim qəbilənin başçısı həzrət Əlinin atası, islam peyğəmbəri Məhəmmədin (s.a.s.) atası Abdullahın ata-ana bir qardaşı Əbu Talıbın ismini verdilər. 1970 – ci ildə Xurşud Banu Natavan adına orta məktəbin 1-ci sinfinə gedib. 1980 – cı ildə məktəbi əla qiymətlərlə və tərifnamə ilə bitirib. Zəhmətə olan məhəbbət, sevgi onu peşə məktəbinə çəkir. O, texniki peşə məktəbini də əla qiymətlərlə başa vurur. Atası seyid Səyyah ağa onu ali məktəb tələbəsi görmək istəyirdi. Odur ki, 1982-ci ildə sənədlərini Azərbaycan Dövlət İqtisad Universitetinə təqdim edərək tələbə adını qazanır. Oxuduğu illər ərzində universititin ictimai həyatınada, tələbə elmi cəmiyyətində fəal iştirak edir. Ali məktəbi müvəffəqiyyətlə başa vuran T. Hüseynov ordu sıralarında- Moskvanın Kaluka vilayətində hərbi xidmətdə olur. 1985-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Adi işçidən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Hal-hazıtda nazirliyin Aqrar Elm və İnnovasiya mərkəzinin həmkarlar ittifaqı komitəsinin sədridir. Hacı seyid Talıb Səyyad oğlunun elmi fəaliyyəti kənt təsərrufatının inkişafı ilə bağlıdır. O, dissertasiya üzərində işləyir. İndiyə qədər respublikamızda və eləcə də xarici ölkələrdə elmi məqalələri çap olunub. Seyidin elmi fəaliyyəti, gördüyü işləri qiymətləndirən nazirlik onu “ Fəxri Fərman” ilə təltif edib.

Birinci Vətən müharibəsi illərini xatırlayaraq seyid dedi: “Baxmayaraq nazirlikdə şöbə müdiri idim, Qarabağ hadisələri başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşuldum. Yadımdadır, avtobusla Ağdam rayonuna yola düşdük. Axı mən Qarabağın hər qarış yerinə bələd idim və oraları yaxşı tanıyırdım. Düşmən demək olar ki, hər yerdən artilleriya atəşinə tuturdu. Top səsi, tankların gurultusu yaxşı eşidilirdi. Qəlpələr tutmasın deyə və ya onun zərbə dalğasına düşməyək deyə strateji əməliyyat və

taktiki manevrlər edirdik”.

Talıb Hüseynov Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib, ta ki, 1994- cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olana qədər. Ikinci Qarabağ müharibəsində öz torpaqlarımızı azad etmək uğrunda müharibədə minlərlə insanlar kimi Talıb Hüseynov da könüllü olaraq cəbhəyə getmək, torpaqlarımızı işğalçılardan azad etmək üçün lazımi təşkilatlara müraciət etsə də, yaşa görə ona ehtiyac olmadıqlarını bildirdilər. Azərbaycan Vətən müharibəsinin qalibi idi. Çünki onun Ordusu işğalçı və terrorçu ermənistan ordusunu darmadağın edirdi.

Tarixdən oxumuşdu ki, 14 may 1805- ci ildə Qarabağ xanı İbrahim xan və Rusiya imperatoru I Aleksandrın adından general Sisyanov arasında Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması haqqında tarixi müqavilə - Kürəkçay müqaviləsi imzalanmışdır. Amma imperator özünün müqavilə ilə verdiyi sözünü tutmadı, hansı ki, ona əsasən, İbrahim xana “onun ərazilərinin toxunulmazlığı, öz xanlığında tam daxili özünü idarəetmə və onun varislərinin xan rütbələrinin tanınmasına zəmanət” vədini vermişdi. İran Marağasından erməni köçkünlərinin sələfləri 1978 – ci ildə Mardaket rayonunun Maraqaşen ( İranın Marağa adını Qarabağda da ollduğu kimi “Maraq” adına “aşen” şəkilçisi qoyaraq Maraqaşen) adını qoymuşlar. Bununla da, özləri də sübut etmişlər ki, Qarabağa ermənilər rus çarının köməkliyi ilə yerləşdiriliblər. “Qarabağ ermənistandır” demələri yalan və cəfəngiyatdan başqa bir şey deyildir. “Artsax”-sözü də Azərbaycanda başqa millətlərlə yaşamış Alban sözüdür. Bu adın ermənilərə heç bir adiəti yoxdur. Heç özləri də bilmir ki, “Artsax” sözünün mənası nədir. Bu mənfur ermənilər Qafqaza ayaq atdıqları ilk gündən azərbaycanlılardan, Albanlardan, Gürcülərdən və s. xalqlardan hər nə varsa özünküləşdirərək oğurlamışlar. Bir vaxtlar bizə yaltaqlanaraq, xidmətimizdə qul kimi duraraq sonradan bu qonaqpərvərliyi, bu insanlığı unudaraq bizi “axmaq” kimi qiymətləndirdilər. Bu gün “Dəmir Yumruq” kimin axmaq olduğunu ermənilərə sübut etdi.

Ermənilər 1920 – ci ildə Sevr müqaviləsi üzrə ermənistanın “torpaq əvəzinə sülh” kosepsiyasınin “yeni ərazilər uğrunda yeni müharibə” əvəzləməsi həyasızlıqdan, namərdlikdən başqa bir şey deyidir. Burada mənim yadıma Milix Yevdayevin ermənilər haqqında dediyi hikmətli sözü yadıma düşür. O, demişdir: ”Dadanmış, qudurmuşdan betərdir!”.

Seyid Talıb birinci vətən müharibəsində erməni seperatçılarına qarşı vuruşanda, seyid yenicə ailə qurmuşdu və evdə altı aylıq körpə uşağı qalmışdı. Komandanlıq onun döyüş bacarığını yüksək qiymətləndirməklə yanaşı, onun qeyri-adi bacarığından da istifadə edirdi. Ağır döyüşlərin getməyinə baxmayaraq, düşmənin fasiləsiz minomyot mərmiləri onu qorxutmadı. Buna baxmayaraq o, döyüşlərin birində ağır yaralanır, onu Bakıya göndərirlər. Doğulub boya-başa çatdığı Füzulinin ermənilər tərəfindən işgal olunmasıdan məyus olub ilk dəfə ağladı da. Amma bilirdi ki, o itirilən torpaqlar alınacaq. Hətta o günü görmək üçün nəzir də dedi. Və bu illər ərzində Qarabağın işğaldan azad olması üçün Ulu Yaradana dualar etdi.

Seyid Talıb tez-tez Allah Rəsulunun (s.a.s.) hikmət, məna çeşməsindən ovuc dolusu içən aşiq kimi danışır. Seyidin Quran, əhli-beyt dəryasından dadmış ilahi hikmət, mərifət və bəsirət lütfi ilə mükafatlanmış böyüklüyünü anladıq. Bir nida, bir səs duyduq! Mütləq həqiqətdən süzülüb gələn, haqqa söykənən, Haqqın yaratdığını gözəl görmək istəyi idi bu səs. Hər adam bu səsi nə görə bilir, nə eşidə bilir.

İşində-gücündə əmanət yükünü görən, yerini və vəzifəsini bilən, Allah rizası üçün, Vətən sevgisi üçün canından keçməyə hazır olan, yana-yana, alışa-alışa qəlbləri titrədən bir səslə danışır hacı Talıb. O, Böyük Yaradana qul olmağa, Bəndə, Ümmət, Vətəndaş olmağa. Gözəl, mərd, kamil olmağa – İnsan olmağa!

Talıbın atası seyid Səyyah ağada da qeyri-adı bacarıq, möcüzələr göstərən hikmət var idi. Səyyah ağa İlahi həqiqət və elmə, əməyə bağlanan, əxlaqlı, çətin məsələləri həll edən, camaata xütbə oxuyan və onların qarışıq işlərinə yardım edənlərdən idi. O, Ulu sözün ətrini duyan, Allaha, səmimiyyətə bağlı, insan təfəkkürünün və düşüncəsinin sərhədləri nəhayətsizliyin dərk edən seyidlərdən idi.

Arabir şeirlər də yazırdı seyid Səyyad ağa. Şeirlərindəki sevgi, ictimai- mənəvi, əxlaqi tamlıq və halallıq mövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii estetik idealının müəyyənləşməsində, formalaşmasında əhəmiyətli rol oynayır.

Şeirlərində, xüsusilə də qəzəllərində seyid Səyyadın ən çox insan və təbiət, insan məhəbbəti, təbiət gözəllikləri, dostluğa sədaqət, sevgi-vəfanı önə çəkməkdir. Şairin sevgisi adi sevgi deyil. Ağa insanı, daxili ruhi aləmini, təbiətin gözəlliklərini dərindən duymuş, yüksək intelekt və ilhamı ilə onları ustalıqla mənalandıra bilmişdir. O vaxtlar Qarabağa, xüsusiylə də Füzuliyə gələn şair və yazıçılar, mədəniyyət işçiləri mütləq onunla görüşərdilər. Ustat qəzəlxan Maillə yaxından dost idi; vaxtaşırı görüşər, yeni qəzəllərini bir-birlərinə oxuyardılar.

Hacı seyid Talıb ağa həccə getməyi çox arzulayırdı, amma gedə bilmirdi. Bir gün bir nəfərin yuxusuna girir ki, filan ünvanda Talıb ağa adında bir seyid var, onu Həccə göndər. O, imkanlı adam yuxuda deyilən ünvana gəlib onu tapır və böyük istəklə seyidi Həccə göndərir. Sən demə o imkanlı adamın övladı olmurmuş və ondan xahiş edir ki, ziyarətdə olarkən ona da dua etsin. Seyid də onun övladı olması üçün Allaha dua edir. İndi o şəxsin övladları var və o çox xoşbəxtdir. Haci Məkkədə olduğu zaman bir çox möcüzələrlə rastlaşmışdır...

Seyid Talıbın ən böyük arzusu Qarabağ torpaqlarının azad olunması idi. O, bilirdi ki, işğal altında olan torpaqlarımız azad olunacaq. Ona görə də o xoşbəxt günün şərəfinə nəzir də demişdi. Bunu bilən hər bir şəxs onu görəndə:” Nəzirin qəbul olsun, seyid!” demişdilər.

Seyid deyir: ” Allaha nəzir etdim ki, İlahi, arzum Füzulini azad görməkdir. Bu xoşbəxtliyi mənə sağ ikən qismət eylə. Füzuli azad olunanda sözümü tutdum və nəzirimi də həyata keçirtdim. Arzunu o dünyaya aparmaq olmur, gərəkdir ki, bu dünyada arzuna çatasan, ruhunla, canınla. İnsan ruhu əsla məğlub olmur! ”.

Hacının da gözəl qəzəlləri var, amma üzə çıxarmır. Hərdən-bir öz yaxınlarının, dost-tanışlarının arasında olanda deyir şeirlərindən. Hacı seyid Talıb ağa deyir ki, indi şeirlər çoxdur, mədh və tərifdəki, maşallah! Xüsusən də yaltaqlıq şeirləri. Qəhrəmanlıq şeirləri isə şeirin başqa bir növüdür və adətən xüsusi ahəngləri qəbul edir. Qəhrəmanlıq şeiri o şeirdir ki, ondan qeyrət, şücaət və mərdlik qoxusu gəlsin. Yaxşı şeir ruhu hərəkətə gətirir və cöşdurur. Bir də görürsən bir-iki nazik kitabı çıxanı elə tərif edirlər ki, heç klassiklərimizi belə tərif etməyirlər.

Seyid həmişə ikinci vətən müharibəsindən söhbət düşəndə deyir ki, bu gün azərbaycanın öz-özü ilə öyünməyə haqqı var.

Hacı ikinci Qarabağ müharibəsindən fəxrlə danışır: ”Anaların ağlaması o ağlamaq deyil, bu qəhraman övlad üçün qəhramanlıq hissləri tapmağımız, onun qəhraman ruhundan öz ruhumuzda bir nur peyda olması, haqq və həqiqət yolunda qeyrət tapmağımız, ədalətsevər olmağımız, zülmə və zalıma qarşı mübarizə etməyimiz, izzəti - nəfsin, şərəf və insaniyyətin, həmçinin kəramətin nə olduğunu anlamağımız xatirinə anlamaq lazımdır”.

Bəzən zülmət gecədə su axtaran və qəfildən suyu tapan insana bənzəyir mömin insan. Onda ki, Seyid olasan! Ümumiyyətlə, ruh böyüdükcə bədən əziyyətə düşür; ruh kiçildikcə bədən rahatlaşır. Müqəddəs kitabda deyilir: “Əgər nəfislər (ruhlar) böyük olarsa onun istədiklərinə çatmaq üçün cismələr əziyyəttə düşər”.

Kiçik ruhdan bəhs etməyəcəm, böyük ruh arzu edər ki, İlahi hədəflər yolunda və özünün böyük hədəfləri yolunda şəhid olsun. Bizim vətən yolunda qurban gedən şəhidlərimiz kimi. Onların ruhu kiçik deyildi, böyük ruh idi. Elə güman etməyin ki, ixtiraçılar, alimlər və sərvətli şəxslər bəşəriyyətə daha çox xidmət edirlər, xeyir, şəhidlər qədər heç kəs bəşəriyyətə xidmət etməmişdir. Onlar çıraq və işıq kimidir. Əgər çıraq və işıq olmasa, biz nə iş görə bilərik?

Şəhidləri yazıq bilməyin. Məgər ölmək bir comərd üçün, bir valideyn üçün ardır? Ölmək o zaman ardır ki, insanın məqsədi və amalı əskik olsun və vəzifə üçün öldürülsün. Bu zaman deyərlər ki, məqsədnə çatmadı. Vətən və haqq yolunda ölüm insan üçün ar deyil, ona görə ki, o elə bir yolla gedir ki, həmin yolla saleh insanlar və Allahın seçilmiş bəndələri addımlayır. Necə ki, Kərbəla şəhidi imam Hüseyn demişdir: “ Mən özüm üçün ölümü səadət, zalımlarla yaşamağı isə məzəmmət kimi görürəm”. Almanların məşhur bir deyimi var ” Biz ikinci dünya müharibısində mənlik və şəxsiyyətimizdən başqa hər şeymmizi itirdik. Şəxsiyyətimizi itirmədiyimiz üçün hər şeyi yenidən əldə etdik”. Biz də hər şeyi yenidən quracayıq, çünki bizim mənliyimiz də var, şəxsiyyətimiz də!

Seyid Talıb ağa kənd təsərrüfatına bağlı adamdır. Bilirik ki, təsərrüfatçılarımızın çoxlu qayğıları ilə yanaşı, həm də hər şeydən əvvəl, nüfuzlu mütəxəssis sözünə ehtiyacı var. Torpaqlarımızın xüsusiyyətləri, ümumən, əkinçilik mədəniyyəti, kənd təsərrüfatının, texnikanın yeni nailiyyətlərinin, qabaqcıl təcrübənin geniş yayılması kənd təsərrüfatının əsas sahələrindəndir. Sevindirici haldır ki, nazirliyin köməkliyi nəticəsində təsərrüfatlar çətinlik çəkmirlər, kənd təsərrüfatı yeni, müasir texnika ilə təmin olunmuşdur.

Təsərrüfatda işləmək üçün yüksək ixtisaslı mühəndis texniklər hazırlanmasını nəzərdə tutmaq əsas aktual məsələdir. Bu işlərdə xarici ölkələrin təcrübəsindən də geniş istifadə olunur.

Bir ton çay yarpağı yetişdirilməsi üçün nə qədər zəhmət tələb olduğunu kim bilmir ki. Burada torpağın hər rarışına, hər çay koluna əsl əkinçi qayğısı gərəkdir. Özü də bu qayğı və qulluq mövsümi xarakter daşımamalıdır. Cərgələr aralarının şumlanmasından tutmuş yarpaqların dərilməsinə qədər olan dövrdə bütün aqrotexniki tədbirlər vaxtında və qaydasında həyata keçirilir. Çalışılır ki, hər cür faydalı bitkilərin ehtiyatlarının kəsilməsinə səbəb olan hər cür manye aradan götürülsün. Seyid sevinclə deyir ki, azad olunmuş torpaqlarımızda da, yazda çiyid səpiləcək sahələrin qış aratına qoyulması, əkinlərin çör-çöpdən təmizlənməsi, payızlıq taxıl zəmilərinin kübrə verilməsi, pambıqdan başqa digər yazlıq bitkiləri əkiləcək, yonca, çuğundur, soğan toxumu səpiləcək, soya və başqa meyvə və tərəvəz bitkiləri yetişdiriləcəkdir. Yaz - tarla işlərinin vaxtında görülməsi üçün mövcud texnika indidən saz halına gətirilmişdir. Bunu qeyd etmək lazımdır ki, heyvandarlıqda da irəliləşmə mövcuddur. Heyvandarlıq məhsulları istehsalı və satışı sahəsində də sevindirici nailiyyətlər qazanılmışdır. Təzə sağılmış südün qoxusunu kim unudar?

Hacı Talıb təbəssümünü gizlədə bilməyərək dedi ki, bir qohum kəndlim şəhərdə mənə dedi ki, şəhərdə yaşamaq çətindir. Səbəbini soruşduqda dedi ki, hər kiçik şey üçün mağazaya, marketə nə qədər qaçarlar? Kənddə darıxmağa vaxt da yoxdur. Hayıf deyil kənd! Şəhərdə bəzən qapıqonşular bir-birini tanımır; kənddə isə başqa cürədir. Bir qonaq kəndin bu başında görünəndə, kəndin o başında adı çəkilir.

Ölkəmizin iqtisadi və sosial inkişafının əsas istiqamətrləri layihəsində aqrar-sənaye kompleksi qarşısında mühüm və şərəfli vəzifələr qoyulmuşdur. Burada söhbət əhalinin artan tələbatını daha da dolğun ödəmək üçün ərzaq və kənd təsərrüfatı xammalı istehsalının durmadan çoxaldılmasından gedir. Bu işdə əlbəttə ki, Kənd Təsərrüfatrı nazirliyinin əməyini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan aqrar elmi fəal innovasiy siyasətinin həyata keçirilməsi üçün zəruri potensiala malikdir. Kənd təsərrüfatı sahəsində də sanballı elmi araşdırmalar aparmağa, səmərəli innovasiya məhsulları yaratmağa qadir, intellektual səviyyəli elmi kadr potensialı vardır ki, bu da ölkəmizin təbiət elmləri -xüsusən biologiya və kənd təsərrüfatı sahələri daim inkişafda olmaqla, dünya elminə davamlı inteqrasiya edir.

Seyid Talıb Hüseynov qeyrətli, qayğıkeş, mərd vətəndaşdır. Qarabağı, Azərbaycanı öz canından da artıq sevir. Füzuli ziyalılarından biri kimi 44 günlük ikinci Qarabağ müharibəsinin ilk günlərindən azərbaycan ordusunun, Ali Baş Komandanın gücünə, inamına və

şücaətinə arxayın olan, dualar edən, seyid Talıb Hüseynova öz işində uğur, can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq. Bir daha Qarabağın alınması münasibətiylə deyirik: - “Gözün aydın, Azərbaycan! Gözün aydın, seyid!”

 

 

Sabir Samir Nemətzadə

AYB və AJB –nin üzvü

Prezident mükafatçısı

Digər Xəbərlər