adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Aprel 2021 11:17
55232
ŞOU-BİZNES
A- A+

Xalq artisti yeni dodağı və bahalı geyimləri ilə “dodaq uçuqlatdı”

Pərəstişkarlarının qarşısına hər ay yeni bir imicdə çıxan 50 yaşlı Xalq artisti Aygün Kazımova növbəti dəfə də dəyişiklikləri ilə hər kəsi özünə heyran buraxa bilib.

Haqq üçünə deyim ki, xarici görünüşündə, xüsusən dodaqlarında etdirdyi plastik əməliyyatın nəticəsi də uğurlu alınıb. Beləki, tanıdığımız xalq artistinin yerində sanki çox gənc bir başqası durub. 50 yaş üçün, əlbəttə, çox gənc görünüm qazanan müğənni də halından məmnun görünür. Odur ki, o məmnunluğun sayəsində ən bahalı geyimlərə ən yüksək miqdarda pullar xərcləyir.

Mart ayının qarderobu

Adalet.az xəbər verir ki, ötən ay mediaya sızan məlumatlara görə, Aygün Kazımovanın bahalı geyimi onu izləyənlərin “dodağını uçuqladıb”. Yəni, Kazımova “od qiymət”inə olan “Dolce & Gabbana” brendinin pencəyini və çəkməsində poz verib. Geyimin qiymətlərini öyrənən sosial şəbəkə izləyiciləri geyimin qiymətini dəqiqləşdiriblər. Sən demə, sinəsi güllərlə bəzədilən pencəyinin qiyməti 4 972 dollar, təxminən 8 452 manatdır. A.Kazımovanın seçdiyi qara rəngli sözügedən brendin çəkməsi isə 1 195 dollar, təxminən 2 031 manatdır. İfaçı pencək və ayaqqabısına birlikdə 10 483 manat ödəyib.

Məşhur müğənni bu geyimi və paylaşımı ilə uzun sürən koronavirus pandemiyasının kapantin günlərində sıxıntı yaşayan soydaşlarının həyatına rəng qatıb, onların üzünü - gözünü sevindirib, hamısını xöşbəxt edib - deyə düşünürük .

 

Aprel ayının qarderobu

Aprel ayı üçün onu Xalq artisi edən xalqını necə sevindirdiyi ilə maraqlandıq.

Araşdırdıq ki, aprel ayı üçün, yəni dünən xalq artisti yenidən onu sevənləri möhkəmcə sevindirə bilib. sosial şəbəkədə yayımladığı fotosundakı geyimi ilə gündəmə növbəti dəfə gündəmə gəlib. Deməli, məlum olub ki, Kazımovanın botlarının markası "Valentino"dandır, qiyməti isə 1145 dollar, təxminən 1946 manatdır. "Louis vuitton" markasından olan çanta 2720 dollar, təxminən 4624 manatdır. İfaçının taxdığı eynək isə "Dolce Gabbana" brendindəndir və qiyməti 170 dollar, təxminən 289 manatdır. A.Kazımova buaksesuarlarına təxmini 6859 manat xərcləyib.

Ümumiyyətlə, Aygün Kazımova alda geyinir yaraşır, şalda geyinir yaraşır. Mən şəxsən onun Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında hərbi geyimdə çəkdirdiyi fotolara baxanda kövrəlmişdim də!

PS. Yazını əlimdə başa vurmaq istəyirdim ki, bir dost zəng vurdu. Dedim işim var, yazı hazırlayıram. Sonra da yazımı bəh-bəhlə dostuma oxudum! Qayıdıb nə desə yaxşıdır? Deyir araşdır gör, xalq artistimiz neçə qazinin səhhətinin, sosial şəraitinin yaxşılaşmasına pul xərcləyib? Neçə şəhid ailəsində qonaq olub, maddi demirəm, elə mənəvi dayaq olub?! Paaah! Nətər əsəbləşdim! Ay qardaş, bax mənim nə işimə qalıb, kim harda, kiminlə nağayrır? Heç gör mən narahat oluram, soruşuram? Belə maraqlısan, odey, oturub “limuzin”ində get özün soruş!

Hə, orda qaldım axı, hərbi paltar yaman gözəl yaraşırdı. Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında çəkdirdiyi fotonu deyirəm! Məncə, elə buna görə, ona Vətən Müharibəsi Qazisi adı vermək olar!

 

Əntiqə Rəşid