adalet.az header logo
  • Bakı 18°C
19 Aprel 2021 14:50
40711
MARAQLI
A- A+

Selfini ilk kim çəkdi?

Artıq sosial şəbəkə hesabı olmayan çox az adam var, selfi çəkdirməyən isə demək olar ki qalmadı. 

Selfi necə kəşf olundu?

Bu sön dövrlərin kəşfidirmi?

Türk Dil Qurumunun Türk Dili Dərgisində Adəm Tərzinin qələmə aldığı “İxtiraçı İnsanlar Fotostudiyası” adlı yazıda ilk selfi alətinin 1940-cı illərdə, hələ sosial media ortada yox ikən İstanbulda bir fotostudiyası olan bursalı Əmrullah Ali Yıldız tərəfindən kəşf olunduğu iddia edilir. 

Əmrullah Ali Yıldız fotostudiyasında şəkil çəkdirmək istəyən müştərilər üçün qarşılarındakı güzgüyə baxaraq istədiyi pozları verib və kordonun ucundakı düyməyə basıb öz şəkillərini çəkmələri üçün şərait yaratmışdı. Bununla da o, bəlkə də selfii ilk tətbiq edən adam sayıla bilər. 

Türk Dili Qurumu 2014-cü ildə selfi sözünün qarşılığını özçəkim kimi təyin etsə də, bu, işlək sözə çevrilmədi və hamı selfi sözündən istifadəyə davam etdi.

Kimisi üçün selfi çəkmək hobbidirsə, kimisi bunu bir peşəyə çevirib “influnser” adı altında pullar qazanır. 

Araşdırmalara görə insanların sosial mediada özlərini qüsursuz təqdim etmək istəyi insanın özünə olan hörmətinin göstəricisi olsa da, bəzən bu, narsistliyə qədər yol aça bilir. 

Ələlxüsus da sosial  media istifadəçilərinin paylaşdıqları şəkillərə gələn bəyənmələr və rəylər onların özlərinə olan güvəni daha da artırır və bir növ eqolarını tətmin etməyin ən əla vasitəsinə çevrilir. 

Bir sözlə, sosial media məcrasında paylaşılan selfilər narsizmin yayılmasına geniş yol açır.

Sosial media üzbəüz əlaqələrdə çətinlik çəkənlərin işini yüngülləşdirir, insanı olduğundan daha araşıqlı, cəlbedici, qeyri-adi və ya olmaq istədiyi bir insane çevirir, beləliklə də münasibət qurmaqda çətinlik çəkənlərin işini yüngülləşdirir. 

Eyni zamanda fərdiliyin önə çıxdığı sosial şəbəkələrdə fotoların sərgilənməsi və bəyənmə toplanmasının arzulanmağı narsism olaraq dəyərləndirilir. 

Narsizm adətən bir insanın özünün möhtəşəm olduğuna inanması, çevrəsi tərəfindən heyranlıq duyulma arzusu və daha qabarıq bir dəyər görmək hissi olaraq tanınır.

Narsist olanlar selfilərə buna görə daha çox önəm verirlər. Diqqət mərkəzində olmaq onların imtina etmədiyi bir hissdir. 

Həyatımızı tez-tez başqasına göstərmək istəyi ilə sosial mediada paylaşılan hər paylaşım insanın kim olmasına dair ipuclarını özündə ehtiva edir. 

Sosial mediada istifadəçilər əsl şəxsiyyətlərini gizlətməyə, toplumun görmək istədiyi, yaxud özlərinin görünmək istədiyi bir imic yaratmağa, daha parlaq, daha uğurlu, daha karizmatik, daha gülməli olmağa çalışırlar. 

Araşdırmalar bunu göstərir ki, sosial medialar insanları real həyatdan qoparır və həyatı daha dərindən yaşamaqdan geri salır. 
Başqalarının paylaşımlarını izləməklə kifayətlənən sosial media istifasdəçiləri qısqanclığa, ruh düşkünlüyünə və hətta depressiyaya qapılır.

Bu səbəbdən də gənclərin mediadan istifadəsinə nəzarət edilməsi məsləhət görülür. 


Hazırladı: Eminquey