adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 May 2021 11:40
32889
HADİSƏ
A- A+

Zaqatalada əsgər intihar etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahdan atəş açaraq, intihar edib.

Bu barədə “Report”a DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 8-də baş verib. Dərhal DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov həmin hərbi hissəyə ezam olunub.

Hazırda hadisə yerində Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.