adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 May 2021 14:58
21344
GÜNDƏM
A- A+

CBC radiosunun Qarabağda yayımı başlayıb

CBC radiosunun “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yerüstü yayımı təmin edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.