adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Iyul 2021 09:15
43457
İDMAN
A- A+

Məşhur futbolçu pedofillikdə şübhəli bilinərək həbs olundu

İngiltərə Premyer Liqasının futbolçusu uşaqlara qarşı seksual xarakterli cinayətlər törətməkdə şübhəli bilinərək həbs olunub.

Adalet.az  “Daily Mail”ə istinadən xəbər verir ki, cinayətkarın 31 yaşı var və evlidir. Hələ ki oyunçu girov müqabilində sərbəst buraxılıb.

Sosial şəbəkələrdə cinayətkarın İngiltərənin “Everton” klubunun islandiyalı yarımmüdafiəçisi Gilfi Sigurdssonun ola biləcəyi düşünülür. Belə ki, o da evlidir və bu yaxınlarda həbsi barədə şayiələr yayılmışdı.

Yarımmüdafiəçinin həyat yoldaşı isə ərinin seksual xarakterli cinayətə görə tutulması barədə fərziyyələri rədd edib, lakin sonradan “Instagram”ını silib.

“Everton” klubu da polis istintaqı ilə əlaqədar olaraq futbolçunun əsas komandadan kənarlaşdırıldığını açıqlayıb.

“Klub istintaqda səlahiyyətlilərə dəstək verməyə davam edəcək və bu anda heç bir açıqlama verməyəcək”, - deyə “Everton”un rəsmi saytında bildirilib.