SON DƏQİQƏ:

UNEC tələbələri TEKNOFEST-in finalında yarışacaqlar - FOTO

  11340   |  
Şriftin ölçüsü  

UNEC tələbələrinin komandası TEKNOFEST yarışının final mərhələsinə vəsiqə qazanıb.

Adalet.az xəbər verir ki,  Selçuk Bayraktar tərəfindən təşkil olunan beynəlxalq yarışda “Kənd təsərrüfatı texnologiyaları” kateqoriyasında universitetlər üzrə ən yüksək nəticəni də (84.50 bal) məhz UNEC komandası göstərərək və finala keçən komandalar sırasında birinci yerdə yüksəlib.

UNEC-in  Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası kənd təsərrüfatı texnologiyaları kateqoriyasında dron ideyasını təqdim edib. Dron vasitəsilə əkin sahələrinin suvarılması və dərmanlanması həyata keçiriləcək, beləliklə kənd təsərrüfatında az xərclə məhsuldarlığın artırılması mümkün olacaq.

Komandanın kapitanı və layihənin rəhbəri Məhəmməd Rəhimovdur. Komandanın üzvlərindən Əli Bəşirov  baş proqramçı, Samir Səfərli baş mühəndis, Samir Məmmədov, İbrahim Məmmədov, Emin Vəlizadə proqramçı, Arif Salmanzadə və Rəşad Qəribzadə isə mühəndis qismində təmsil olunurlar.

Dünyanın ən böyük texnoloji yarışlarından biri olan TEXNOFEST-in əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK