SON DƏQİQƏ:

Məni qoymasanız da, qeyri-qanuni yollarla  Ağdama gedəjəm

  139752   |  
Şriftin ölçüsü  

Onsuzda ora qanunsuz gedəcəyəm, day məni heç kim saxlaya bilməz! Həbs edəcəksiniz? Edin! Çıxan kimi bir də qanunsuz olaraq kəndimizə gedəcəm...


MƏNİ 9AYDIR YURDUMA HƏSRƏT QOYAN "QANUNLARINIZA" ETİRAZ EDİRƏM!


İlk öncə deyim: 7 nəsil şəcərəmi dəqiq bilirəm. Köküm Qarabağ bəylərindən - Kəkilbəyovlardan, nəslim Vəlibəyovlardandı. Yəni, əsil Qarabağlı, əsil Ağdamlıyam. Baş Qərvənddənəm!


İkincisi, I Qarabağ müharibəsindən əvvəl atamın maşını vardı deyə yazın son ayında payızın ilk ayına qədər dağlarda, yaylaqlarda olardıq. Şuşa, Kəlbəcərin İsti suyu, Harov bulaq, (Hadrut) Damcı bulaq (Ağdamda) Zülfüqarlı, Narınclar (Narıştar), Çıraqlı ,Ağdərənin bir neçə kəndi bizim istirahət, gəzinti siyahımıza daxil idi. Laçının Kəlbəcərə yaxın bir kəndində də olmuşam –adı yadımdan çıxıb…

Bir sözlə, yeniyetmə vaxtı ayağım dəyən yerlərin gözəlliyi, qoxusu, cəlalı yaddaşımda əbədi həkk olub. O yerlərə getmədiyim bu 30 ildə hər gecə, hər dəfə gözümü yumanda getdim, gəzdim gəldim.. Yuxularımı elə gerçek görürdüm ki, ayılanda bir müddət harda olduğumu anlaya bilmirdim… Bir də uşaqlığımın, yeniyetməliyimin ən şirin, qaygısız günləri keçən rayonumuz, kəndimiz gözlərim qarşısından heç getmir. 
10 noyabr 2020-ci ildən sonra ürəyimdə böyük bir inam yaranmışdı ki, tez bir zamanda Əppəkli dərəni, Kəhrizlərin başını, Tosu arxının üstünü, Örüş yerini (düzən), Güllü məhləni, İbadullu, Kəkilbəyli tirəsini  ziyarət edəcəyəm. Atamın, qardaşımın gözlərilə də oralara baxacağam. Çox ümidli idim. Bəzən yurdumla o möhtəşəm görüşü xəyalıma gətirib kövrəlirdim. Uzun sözün qısası, o yerlərdən ötrü nəinki 30 il elə  indi də  burnumun ucu, ürəyimin başı göynəyir. 


Üçüncüsü-  I Qarabağ müharibəsi gözlərim qarşısında başladı. O qanlı –qadalı günləri bütün acılığı, kədəri- dərdi ilə birgə yaşadım. Evimizə yığışıb gələn köçkünlər, kəndimizin şəhidlərinin yas mərasimləri, Xocalıdan pənah gətirən faciə görmüş insanlar,  yaralılar... heç nəyi unutmamışam...unuda bilmirəm. 
Üstəgəl bütün köckünlər kimi də köçkünlüyün ağrısını-acısını düz 28 ildir yaşayıram... və təəssüf ki bu yaşantılarım hələ də davam edir. Ötən ildən də lap artıb.


Dördüncüsü  isə odur ki, düz 20 ildən çoxdur ki, peşəkar jurnalistikadayam və yaradıcılığımın 85 faizi də sırf Qarabağa həsr olunub. Qarabağın hər şeyindən yazmışam... alimindən sənətkarından, şəhidindən, əlilindən, köçkünündən, kəndindən, şəhərindən, yaylağından, dağından, daşından, gülündən, çiçəyindən, ağacından , meşəsindən bulağından çayından... həm xatırlamışam, həm xatırlatmışam... Hesab edirəm, (təvözakarlıqdan uzaq olsa da) özünü Qarabağa həsr edən cəmi bir neçə hörmətli jurnalistlərimizdən geri qalmamışam. Harda Qarabağa aid tədbir varsa orda oldum... 
Yeri gəlmişkən, Prezidentimiz dəfələrlə çıxışlarında vurğulayırdı ki, sizi narahat edən bir problem olanda mənə müraciət edin, dərdinizi mənə deyin. Söz ağlımda qalmışdı. Bir gün yurdum üçün ürəyim qubar edəndə Prezidentimə müraciət ünvanladım. Arzumu dilə gətirdim, ev istəmirəm, mükafat istəmirəm, maşın, fəxri ad istəmirəm, yurdumu, kəndimizi, evimizi istəyirəm-dedim. Var olsun İlham Əliyevi müraciətimin ili tamam olmamış torpaqlarımız uğrunda 44 günlük müharibə başladı və çox şükür ki, torpaqlarımızın böyük bir hissəsi əlimizdədir. Amma müharibə başlamamışdan əvvəl məhz bu müraciətimə görə şəxsimə qarşı hücumlar oldu. Keçmiş iş yerimdən- “Qarabağ” qəzetindən işimdən oldum düz iki il məhkəmələrdə haqqımı aradım, üzərimə gələn hücumların qarşısını aldım. Nəisəki məhkəməni qazandım!Var olsun dövlətimi! haqqımı haqsıza yedirmədi.Bir sözlə, son 2 ildə  başım çəkməyən bəla qalmadı.


Beşincisi - 44 günlük müharibə başladı. Mənə əziz olan hər şeyi arxada buraxıb (az yaşlı övladımı, 77 yaşlı anamı, qazi həyat yoldaşımı), cəbhə bölgəsinə getdim. düz 44 gün müharibə ərazisində, bombardman altında qalan yeganə qadın jurnalist idim! Haralarda olmadım, camaatımın imtahan günüydü, elə mənimdə!gücüm catan, çatmayan hər işin altına çiyin verdim!: Hərbi hissələrdə, hospitalda, bombardman olan nöqtələrdə, sığınacaqlarda. harda olay var orda. Əlimdən nə gəldi etdim..(Bunu oxuyan şahidlərim yəqin ki təsdiqləyəcəklər). Dəfələrlə ölümlə göz-gözə qaldım. Vaxt olub bombalanan ərazidə gizləndiyim çuxurdan (səngərdən) çıxa bilməmişəm Sutkayla ac qaldığım zamanlar olub. Geri çəkilməmişəm. Bərdə bombalananda video çəkmək əvəzinə qorxudan şok olmuş uşaqları, qocaları zirzəmilərə daşımışam. Ağlımın ucuna da gəlməyibdi ki, mən ölə bilərəm, şikəst ola bilərəm yağış kimi yağan qəlpələrin altında..


 Bakıdan döyüş mövqelərində olan əsgərlərimizə yardım gətirən dostlara yetişmək  üçün Ağcabədiyə, bəzən Beyləqana getmək üçün  sübh tezdən evdən çıxırdım.( O vaxt saat 6-dan tez olmayaraq heç bir minik maşını işləmirdi. Quzanlı atəş xətti idi deyə ümumiyyətlə o ərazidə avtobuslar yox idi)  Ağcabədinin kəndlərindən qoyun almağa gedən köhnə,  iydən baş çartlayan “Raf”larda sərnişin olmuşam. Nə bilim, hər addımda həyatıma mail olacaq böyük risklər etmişəm. İndi soyuq başla düşünürəm... Ay Allah mən nə böyük risqlər edirmişəm... Heyrət edirəm! Heyrət!
 İşğaldan azad olmuş ərazilərə ilk turlar təşkil olunanda  səbr elədim, növbəmi gözlədim, amma ora gedənlərin siyahısını görəndə anladım ki, bu dünyanın mizan-tərəzisi dövrəl –qədimdən necədirsə,  eləcə də gedir. Haqsızlıq gördüm!
  Siyahıda prezidentdən Qarabağını tələb edən vətənpərvəri işindən azad edən   qanıdolaşıqlar vardı, qanıdolaşıqları müdafiə edənlər vardı. Qarabağın adını bir dəfə dilinə gətirməyənlər, onun şəhidinin, əlilinin birinin adını çəkib xalqa tanıtmaq meylində olmayanlar, 44 günlük müharibə dövründə Bakıdan çıxmayanlar, ordumuza maddi demirəm ən azı mənəvi dayaq olmayanlar Qarabağda - Ağdamda, Cəbrayılda, Şuşada və s. selfi yarışına girdi. Haqqı olmayanlar həyasızcasına  oralara axışdıqca, o yerlərdə balasının qanı tökülmüş şəhid yaxınları küsdülər, incidilər, I Qarabağ müharibəsində o yurd üçün vuruşub indi də şikəst həyatı yaşayanlar yurduna tamarzı qalıb, yaralı-yaralı süründüyü torpağa həsrətdi...
Bir belə haqqı olanlara bir də mən qoşuluram! 9 aydı susuram və sizdən ədalət gözləyirəm! Niyə mənə kəndimizi ziyarət etməyə imkan vermirsiniz? Hansı günahıma, səhvimə, nöqsanıma görə,  bu əzab-əziyyəti mənə yaşadırsınız?
 İndiyənə qədər susdum! Sizin icad etdiyiniz "qanun"dan çıxmadım. Yetər! Amma indi baxarsaınız! Sizin mənim həsrətimə qoyduğunuz "qanunu" görün mən necə ayaqlarım altına atıram?! Sizin "qanun"unuza görə, düz 9 aydı   evimə gedə bilmirəm!


İndi mən ora qanunsuz gedəcəm, qanunlarınızı pozaraq gedəcəyəm! Düşəcəm yolun ağına, gedəcəm! O yerləri-cığırları heç kim mənim qədər yaxşı tanımaz! Gedəcəyəm! Həm də bir dəfə yox, 10 dəfə! Hər həsrət çəkdiyim ay üçün bir gediş edəcəyəm! Baxarsınız! 


Cəza verəcəksiniz? Dama basacaqsınız? Çıxacağam və birdə gedəcəyəm!


 Mən 9 aydı ağıllı-ağıllı gözləyirdim ki, siz də ağıllı- ağıllı hərəkət edəsiniz! Etmədiniz ki? Etməyin! İndi görün mən dəli- dəli nələr edəcəyəm!
 Baxarsınız!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK