adalet.az header logo
  • Bakı 7°C
16 Sentyabr 2021 16:19
2692
MARAQLI
A- A+

Atatürk necə qazi oldu? 

Mavi gözlü bir adamın qərarlı olması ilə başladı hər şey.

O, türk millətinin duyğularına, xəyallarına güvəndi, türk milləti də onun idealogiyasına.

Və Mustafa Kamal müstəqil Türkiyə Cümhuriyyətini qurdu, Atatürk oldu!

Trablusgarp savaşı...

Mustafa Kamalın Atatürk olmadığı zamanları.

1911...

Zamanında 3 qitəyə hökmranlıq edən Osmanlı imperatorluğu yavaş-yavaş ömrünün sonuna yaxınlaşırdı.

Türkün adı gələn kimi qorxan avropalı artıq Osmanlıdan çəkinmir, onu “xəstə adam” adlandırırdı.

Amerikanın kəşf edilməsi ilə Osmanlıya aid ticarət yollarının önəmə azalmaqda ikən, yeraltı sərvətlərinin önəmi artmağa başlamışdı. Çünki sənayə inqilabı müstəmləkəçiliyə yol açmışdı.

Afrikanın təbii qaynaqlarına göz tikən ingilislər və Avropa dövlətləri Osmanlını parça-parça qoparmağa başladılar. Osmanlının əlində təkcə Trablusgarp (bugünkü Liviya) qalmışdı.

Afrikadakı son torpağını qorumaq istəsə də maddi imkansızlıqlar, qarışıqlardan dolayı ölkənin əli-qolu bağlı idi.

Şeyx İdris qiyamı ubatından bölgədəki əsgərlər Yəmənə getmək məcburiyyətində qalınca Liviyada əsgər sayı 2000-dən aşağı düşdü.

Silahlar köhnə, cəbhələr darmadağın.

Xalq isə bir şeyi soruşur: “Görəsən, buranı hansı ölkə işğal edəcək?

Hamı bu suala cavab axtararkən İtaliya bu qrupa daxil oldu. İtaliya Trabluqgarp uğrunda çalışmalara başladı.

Bir gün saraya xəbər gəldi ki, İtaliya müharibəyə hazırlaşır. İtaliya isə müharibəyə bir həftə qalmış müharibə etməyəcəyinə dair sözlər verir, andlar içirdi.

Amma ardınca Osmanlıya ultimatium göndərib Trablusgarpı dərhal boşalmağı tələb etdi. Trablusgarpı əlində saxlaya bilməyəcəyini düşünən Osmanlı buna baxmayaraq torpaq bütövlüyünü tanıyacağı təqdirdə İtaliyaya bölgədə imkanlar təmin edəcəyini deməsinə rəğmən müharibənin önünə keçə bilmədi.

İtaliya gəmilərlə Trablusgarpa hücuma keçdi və sahil şəhərlərini ələ keçirdi. İtaliya eyni zamanda təyyarəni müharibədə istifadə edən ilk ölkə oldu. Giulio Gavotti də ilk havadan hücum edən pilot oldu. İtaliyanın hava hücumlarına qarşı hərəkətə keçən xalq təyyarənin birini vuraraq hava hücumundan müdafiə sistemindən istifadə edən ilk xalq oldu.

Osmanlı həm rəsmən müharibə elan etmədiyinə görə, həm də çətinlikləri ucbatından zabitlərini bölgəyə göndərə bilmirdi. Bu səbəbdən könüllülük əsasında ordu yığıldı. Albay Neşet, Minbaşı Enver və Yüzbaşı Mustafa Kamal könüllürəin başçısı idilər.

Enver dəniz yolu ilə gizli Trablusgarpa çatarkən, Mustafa Kamal da qəzetçi Mustafa Şerif saxta adı ilə bölgəyə qurudan girəcəkdi. Amma xəstələndi, Hatay yaxınlığındakı xəstəxanada yatdı. Ayağa qalxar-qalxmaz yola davam etdi. Bölgəyə çatan kimi Derne cəbhəsinin başına keçdi.

Osmanlının 2000 əsgərinə qarşı İtaliyanın 102 min əsgəri var idi. Yerli xalqla birlikdə döyüşmək ən son çarə idi ki, onlar da bundan istfadə etdilər. Xanədan kürəkəni olaraq bölgəyə girən Minbaşı Enver qısa müddətdə nüfuzundan istifadə edərək 20 min adam yığdı.

Qəzetlərdən birinə verdiyi müsahibələrin birində belə deyir:

“Bura gələndə 900 çöl döyüşçüsü tapmışdım. İndi əlimin altında 16 min təlimli əsgər var”.

Mustafa Kamal da eyni ruhda döyüşməyə davam edirdi.

22 dekabrda Tomruk savaşında uduzan İtaliya bu işin heç də asan olmayacağını anladı. Artıq Trablusgarp xalqı döyüşdə üstün gəlməyə başlamışdı. Hakimiyyəti güclü olan Senusi təriqəti ilə əlaqəyə girən Mustafa Kamal onları da mhüaribəyə daxil etməyi bacarmışdı.

Müharibə zamanı onun yaxınına düşən bombadan çıxan qəlbə Mustafa Kamalın üzünə tuş gəlir. Qısa müddət sonra özünə gələn komandanın gözləri günlərlə görmədi. Görməsi bərpa olsa da, həmin gözü qüsurlu qalır.

Bu səbəblə də o qazi adını alır və minbaşı olur.

Və nəhayət Balkan müharibəsinin sonunda Uşu müqaviləsi lə Trablusgarp və 12 ada İtaliyaya verilir (1912).

Nə təəssüf ki, bu qədər döyüşdən sonra Trablusgarp bir daha geri dönmür.

Amma bu təcrübə sayəsində Mustafa Kamal 1922-ci il sentyabrın 9-u imkansızlıqlar içində xalqla müstəqillik savaşına başlayacaq və qalib olaraq ayrılacaqdı.

 

Eminquey