adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
04 Dekabr 2021 18:26
403
İDMAN
A- A+

"Qarabağ"da şok itki

"Qarabağ"ın futbolçusu Kevin Medinanın Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sabah"la matç üçün heyətdə yer almamasının səbəbi müəyyənləşib.

Bu barədə Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. 28 yaşlı müdafiəçi ötən gün komandanın məşqi zamanı əzələsini dartıb. Onun Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Bazel"lə səfər görüşünü də buraxacağı ehtimal olunur. 

Medinanın dəqiq durumuna sabah tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.