adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Fevral 2015 14:42
46049
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

       

                                                                          ***

İlqar Rəsul: "Əgər xəstələnəndə günahların yadına düşürsə, deməli vəziyyət ağırdır, hətta günahlar yüngül olsa belə...


                                                                           ***

Ramil Məmmədli: "Əllərini qaldırırsan göyə səni hara lazımdı aparırlar. İtələmə qüvvəsi çox güclü. Hamı bir-birinə dəstək olur. İncimə-küsmə yox. Bəzən o qədər sevgi olur ki, qoymurlar düsəsən. Deyirlər bir qədər də bizimlə get, ne olar... Məcbur qalıb gedirsən. Her kəsin üzündə təbəssüm, heç kim yox demir.

Metro superdi...”


                                                                            ***

Jalə Mütəllimova: "İllərdir zülümünüzü çəkib sizi siz edən adamların əziyyətinə bircə ay yox, heç üçcə gün də dözəmmirsiz. Mağaza qapısı kilidləyirsiniz. Allah müharibə və aclıqda adamları sizə möhtac eləməsin. Nəfsiylə mübarizəni apara bilməyən yazıqlar. İki metr torpaq, yeddi metr ağ, insan ancaq bunu aparır. Bir də qazanıbsa rəhməti. Sizə nə düşür nəfsiniz müəyyənləşdirir bü günlərdə”


                                                                            ***

Azər Sarıyev: "Bütün zamanlar gələcəkdən yaxşı görünür. Gələcəyin özü də”


                                                                             ***

Cəlil Cavanşir: "Axşam şəhərdən evə dönərkən kreditlə iki qutu qırmızı "Davidoff" almışam. Ürəyim siqaret istəsə də çəkməyə risk etmirəm. Tez-tez siqaret qutularını götürüb silirəm, parıldadıram...


                                                                              ***

Elşad Məmmədli: " Günümüzün tələbi - Ekonom-paket: enerji xərclərini azaltmaq üçün evdə otaqlardaki lampaları ləğv edib yalnız koridorda işıq yandırmaq, paltaryuyanı, tozsoranı, feni, elektrik sobalarını zibilliyə tullamaq; cari xərcləri azaltmaq üçün səhər və axşam yeməklərini, qonaq qəbul etmək, toya getmək kimi ənənələri qanunla leğv etmək, avtomobili satıb motoskilet almaq; araqı iyləmək, siqareti "ostav-ostav" çəkmək, cani çıxıb xəstələnməmək...


                                                                              ***

Nigar Rüstəmqızı: "Arada düşünürəm ki, mən çox qəddar, həyatsa çox kövrəkdi...həyati çox incidirəm, vəfasizliq eləyirəm


                                                                              ***

İradə Cəlil: "Əli Kərimli Razi Nurullayeva deyib ki, "biz facebookda güclüyük sən susmalısan"...

Belə partiya sədrinə bir söz demək olar : Ətin tökülsün adam...belə də siyasət olar, likelə, paylaşımla, şərhlə partiya idarə etmək olar??? Real siyasət arenasında əlinizdən ..... bir şey gəlmir, heyif AXCP nin adından sizin üçün....
Azərbaycan o gün qara günə qaldı ki, hər yerindən durana bəy dedilər!!!”


                                                                                ***

Sevinc Novruzova: "Facebook da bir şeir oğurladım.

Bugün siqaretə 2.40 verdim.
Marketdən çıxınca öldüm-dirildim.
Dedim ki, ay oğrac bu nə qiymətdi?
Dedi dollar qalxıb, təzə söhbətdi.
Dedim 70 qəpik qaldırdın, niyə?
Dedi çəkən oğlan baxmaz qəpiyə.
Dedim qanunsuzdu, ayağa durdu,
Dedi çəkmə ginən, bax nə məcburdu?
Dedim, sən öl satıcı da genəldi.
Dedim, dollar qal......cingilti gəldi,
Zalım oğlu mənə bir dumbuz vurdu,
Qulağım fırlanıb alnımda durdu.
Dedim al - əlvandır hər tərəf, hər yan,
Günəş tək parlıyır can Azərbaycan!”


                                                                           ***

Rövşən Şirəliyev: " Hər qaranlıq gecənin bir işıqlı sabahı var,- deyirlər.Ancaq deyəsən ,hər işıqlı gecənin də bir qaranıq sabahı var ! Dostlugun sonu namərdliyə yetdiyi kimi, namərdliyn sonu da dostluq ola bilməz!


Sübhan Mahmudlu