SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  48768   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                         ***

Ramil Məmmədli: "Azərbaycanda millət vəkili adlı vəzifə yoxdur. Deputat var. Zorla üzərilərinə millət vəkili statusunu yükləməyin”

   

                                                                         ***

Vüsalə Mahirqızı: " Müəllim usta işləyəndə yox, ustaya "müəllim" deyiləndə bitib məsələ...”


                                                                         ***

Emin Piri: "Şairlərlə evlənən xanımlara həmişə yazığım gəlib.Naşiri heç olmasa yola vermək olur”


                                                                         ***

Vüsal Məmmədov :"Pobeda”nın istehsalına yeni başlayanda Stalinə avtomobil haqqında məruzə edərək deyirlər ki, yeni sovet maşınının adı "Vətən” olacaq. Stalin məruzəçinin sözünü kəsərək kinayə ilə soruşur: -Bəs "Vətən”i neçəyə satmağa hazırlaşırsınız? Bu sualdan sonra avtomobilin adını dəyişib "Pobeda” qoyurlar.


                                                                        ***                                                                

Rauf Əliyev Kəngərli: "Bir ürəyə iki sevda sığmaz. Əgər sığarsa, onda demək ki, ya ürək ürək deyil, ya da sevda...”


                                                                          ***

Həmidə Rüstəmova: "Ağıllı adamlar üçün həyat çətindir, yoxsa onlar həyatı çətinləşdirirlər deyə düşünurəm...


                                                                           ***

Aygün Muradxanlı: "Hadı Rəcəbli deyir, müəllim fəhləlik eləsin, Fəzail Ağamalı deyir, hamı Rövşən Lənkəranskiyə hörmət eləməlidr... Day keçib, deputatlardan biri də Maral Tahirqızına yiyə dursun, işimizi bilək”


                                                                           ***

Aysel Əlihüseyn: "Yeriyən gözəllik yox, qadın olmaq lazımdı, elə hər mənada”


                                                                           ***

Rəşad Səfərov: "Real həyatdakılar artistləri keçiblər ARTİSTLİKDƏ”


                                                                           ***

Firuz Mustafa:"İndi az qala hamı özünü dahi sanır; amma bütün dahilər, adətən, qəbiristanlıqda olur. Siz dahi olmağa tələsməyin, yaşamağa tələsin”



Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK