adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Yanvar 2018 10:27
164863
RUBRİKA
A- A+

Döydüyüm şagirdlərim olub... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Oğuz rayon Xaçmaz kənd 1 saylı orta məktəbinin müəllimivə tərbiyə işləri üzrə direktor müavini Vüsal Əlfiyevdir.


Qısa tanışlıq

1977-ci il yanvarın 3-də Oğuz rayonu Xaçmaz kəndində dünyay göz açmışam. İlk təhsilimi doğulduğum Xaçmaz kənd M.F.Axundov adına 1 saylı məktəbdə almışam. Gəncə Dövlət Üniversitetini bitirmişəm. İxtisasca tarixçiyəm. 2001-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. Hal-hazırda Oğuz rayon Xaçmaz kənd 1 saylı orta məktəbdə işləyirəm və məktəbn tərbiyə işləri üzrə direktor müaviniyəm.


Müharibə və müəllim

Babam Ələddin Hacıyev müəllim olub və 1941-ci ildə müharibə başlayanda sinif otağından birbaşa cəbhəyə gedib. Berlinə qədər yol gedərək artileriya kapitanı rütbəsinə qədər yüksəlib. Orduda qalmaq təklifini alsada yenidən müəllimliyə qayıdıb. Buna görə deyə bilərəm ki, müəllimliyə həvəs ailədən gəlib. Çünki, məndən başqa iki bacım da müəllim peşəsini sevərək seçiblər.


İlk dərs

İlk dəfə müəllimliyə yaşadığım kənddə başladım. Amma kəndimizdə 3 məktəb olduğundan oxuduğum məktəbdə yox, digər məktəblərin birində fəaliyyyətə başladım. 2001-cil 1 sentyabr ilk dərs günümdür. Yadımdadır ilk dərs günü-Bilik bayramında mənə də gənc müəllim kimi söz vermişdilər. Nə danışdığımı xatırlamasam da o günü indi də xatırlayıram.


Kənddə təhsilə maraq şəhərdən yaxşıdır...

Ümümmən bütün Azərbaycan təhsilində olan problemlər kənd, şəhər fərq etmir hər yerdə var. Amma şükürlər olsun həm bölgəmizdə, həm rayonumuzda təhsilə maraq hələlik qalmaqdadır. Bir faktı da deyimki, Oğuz rayonu təhsilin səviyyəsinə görə bölgədə 1-ci, rayonlar arasında isə ilk beşlikdədir. Ancaq müəyyən problemlər qalmaqdadır. Xüsusi ilə dərslik və proqramların tez-tez dəyişməsi, dərslikdə olan bəzi nöqsanlar hələ də qalmaqdadır. Kənd yerlərində şagirdlərin təhsilə, məktəbə münasibəti şəhər yerlərindən daha yaxşıdır. Kasıb təbəqnin uşaqları bir çox çətinliklərə baxmayaraq oxumağı üstün tuturlar. Xüsusi ilə tədris etdiyim tarix fənninə şagirdlərimdə həmişə böyük maraq hiss etmişəm.


Döydüyüm uşaqlar olub...

Şagirdlərlə münasibətim həmişə yaxşı olub. İlk gündən uşaqlarla rahat anlaşmışam. Xüsusilə hərbi xidmətən sonra daha asan münasibət qurmağı bacardım. İlk vaxtlar döydüyüm uşaqlar olub. (gülür) Olur da bəzən özünü qaydalara uyğun aparmayan uşaqlarla fərqli danışmaq məcburiyyətində qalırsan. (gülür) Sonradan buna heç ehtiyac qalmadı. Şagirdlərlə dost olmağı həmişə bacarmışam. Xüsusi ilə də yuxarı sinif şagirləri ilə daha yaxşı alınıb qarşılıqlı münasibət. Amma həm də çalışmışam ki, daima müəllim şagird münasibətlərində pərdəni qoruyum. Şagirdlə müəyyən distansiya mütləq olmalıdır. Şagird öz müəlliminə həmişə qibtə ilə baxmalı, onu özünə nümunə bilməlidir.

İlk vaxtlar məktub yazan şagirlərim olub. O vaxtlar internet və indiki imkanların olmadığını nəzərə alsaq bu təbii idi. Hərbi xidmətdə olarkən bir neçə şagirdimdən məktublar və ya şifahi salamlar almışam.


"Ot biçməyə getmişdik”

Düzü 17 illik müəlimlim fəaliyyətimdə kifayət qədər maraqlı hadislər olub. Saymaqla bitməz. Bir dəfə dərs hissə müdürü işləyirdim. Mart ayının 7-si günü idi. Qarşıdan 8 mart qadınlar bayramı gəlirdi. Səhv etmirəmsə 1-ci sinifə girmişdim. Sinif müəlliməsinin bayramını təbrik etdim. Balacalar mənim təbrikimi eşidən kimi xorla "müəllim bayramınız mübarək” dedilər. Sinifi tərk etməkdən başqa əlacım qalmadı. (gülür) Bir dəfə də 11-ci sinif şagirlərindən 5 nəfər oğlan dərsdən qaçmışdı. Məktəbin direktoru şagirdlərdən niyə dərsdə olmadığını soruşan da onlar da cavabında "Vüsal müəlimə ot biçməyə köməyə getmişdik” deyə cavab verdilər. Direktor üzümə baxanda uşaqları müdafiə etmək üçün başımla "doğrudur” deyə təsdiqləməkdən başqa əlacım qalmadı. Onu da deyim ki, o uşaqlar bir daha bu halı təkrarlamadılar.


Müəllim özü kimdir?

Sovet dönəmində çox böyük nüfuza malik olan, söz sahibi olan müəllimin nüfuzunun aşağı düşməsi əsasən cəmiyyətimizdə gedən proseslərin və mənəvi aşınmaların məhsuludur. Söz yox, ki, burda müəlimlərin də günahı olmamış deyildir. Amma unutmayaq ki, müəllim özü kimdir? - o da bu cəmiyyətin bir üzvü deyilmi? Müəllim dünənki şagird deyilmi? Deməli problemin kökü daha dərinlərə gedir və məsələ daha ciddir.


"Məni müəllimimin ayaqları altında dəfn edin...”

Zaman-zaman tarixin ən tanınmış şəxsiyyətləri müəllimiyə və müəlliminə böyük dəyər vermişdir. Tarixdə heç vaxt məğlub olmayan, dövrünün ən zalım hökmdarı kimi tanınan Əmir Teymurun əlini öpdüyü yeganə şəxsiyyət müəllimi Seyid Bərəkə olmuşdur. Hətta Teymur ölərkən "məni müəllimimin ayaqları altında dəfn edin” kimi vəsiyyət etmişdir. Makedoniyalı İsgəndər "həyatda vicdanala yaşamağıma görə müəllimim Aristotelə borculayamdemişdir. Müəllimlik bütün zamanların ən müqəddəs peşəsidir və bu dəyişilməz qalacaqdır. Hərdən mənə elə gəlir ki, bəlkədə dünyaya yenidən gəlsəm yenə müəllim olmaq istəyərdim. Bəşəriyyət bu günü və keçmişinə görə sözsüz ki, müəllimə borcludur. Mən özüm də bu gün mənə dərs demiş müəllimlərimi böyük hörmətlə xatırlayıram.

Uzun illərdir ( 13 il) repititorluqla məşğul oluram. Kifayət qədər tanınmış repititoram və uğurlu nəticələrim var. Bu işlə məşğul olmaq mənim üçün təkcə maddiyyat məsələsi deyil həm də zövq məsələsidir. Gənc nəslə ixtisas seçimində kömək etmək, onlara düzgün yol göstərmək həm də savabdır axı.

Müəllimlik peşəsi hər gün məsuliyyət, çalışqanlıq və enerji tələb edən bir peşədir. Yeniliyə daim can atmalısan, özün üzərində hər gün çalışmalısan. Şagird sənin xəstə olduğunu, kefsiz olduğunu hiss etməməlidir. Onun bütün güman yeri sənsənsə, bu gümanı qırmaq olmaz. Müəllimlik peşəsinin maddi sıxıntıları ilə yanaşı mənəvi sıxıntıları da var. Məssələn cəmiyyətdə baş verən proseslərə hamı kimi biganə qala bilmirsən, digər tərəfdən də hamı kimi sərt münasibət sərgiləyə bilmirsən. Axı sən müəllimsən deyə düşünür ətrafdakılar.


Aforizmlər söyləyən müəllim

Əvvələr daha çox şeir oxuyardım. Xüsusi ilə müəyyən tədbilərə və bayram şənliklərinə hazırlaşarkən. Amma etiraf edim ki, heç vaxt öz şeirimi oxumamışam. Hətta bir dəfə 20 yanvar tədbirində şagirdlərdən biri mənim şeirimi oxumaq istəsə də şeiri ssenaridən çıxartdım. Nəsə bu sahədə kompleksim var. İllər keçdikcə şagirdlərə ən çox maraqlı faktlar, aforizimlər və hədislər söyləməyə daha çox diqqət yetirdim.


17 il...

Bütün şagirdlər mənim üçün şagirddirlər. Amma hamısı doğma deyillər. Hər sinifdə 2-3 şagird olur ki, sənin üçün doğmadır, özəldir. Unutmadığım şagirdlər əlbəttə var. Bir çox şagirdlərimlə dostluq edirəm. Arabir onlar kəndə gələndə toplaşırıq. Söhbət edirik. Hərdən uşaqlar dərsdə olmuş elə hadisələri xatırlayırlar ki, inanın heç yadıma gəlmir. Bayramalarda, ad günümdə dərs dediyim şagirdlərimdən təbriklər alanda öz peşəmə daha çox bağlanıram. Hərdən Rusiyada, Türkiyə və Almaniya və digər xarici ölkələrdə yaşayan şagirlərimdən məktub alanda fikrləşirəm ki, ömrümün 17 ilini müəllimliyə həsr etməkdə yanılmamışam.