adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: MƏN NİYƏ DƏYİŞƏ BİLMƏDİM, ALLAH?!

FAİQ QİSMƏTOĞLU
45075 | 2019-04-12 15:01

... Eləbil yazının sərlövhəsi şeirə bənzədi.Amma şair olmadığıma görə, onu şeirə çevirə bilmərəm. Hər gördüyümü poetik şəkildəobrazlı ifadə eləyə bilsəydim, tay olardım Əbülfət Mədətoğlu! Ona görə də eləFaiq Qismətoğlu olmuşam. Yəni heç kəsə, heçkimə bənzəməmişəm. Və həmişə də öz yolum, öz dəsti-xəttim və öz nəfəsimolub. Buna da min şükür!

Düşünürdümki, şənbə günü nömrəsinə başqa bir yazı yazım. Hətta yazının mövzusu da bəlliidi: "Xəstəlik”. Ancaq istedadlı yazar Tural Cəfərlinin "Ağrılar adamı,sancılar adamı...” yazısını oxuyandan sonra fikrimi dəyişdim. Yazının qəhrəmanı 40 il bundan əvvəltanıdığım tər-təmiz, bulaq suyu kimi şəffaf, dupduru olan dostum, istedadlışair və həmişə göründüyü kimi olan Əlisəmit Kürdür. Əlisəmit Azərbaycanpoeziyasında 70-ci illərdən üzü bəri öz dəsti-xətti olan, öz cığırı və yoluolan böyük şairlərdəndir. Böyük şairlər deyəndə mənim yadıma müasirpoeziyamızın istedadlarından olan Ramiz Rövşən, Vaqif Bəhmənli, Nüsrət Kəsəmənli,Vaqif Cəbrayılzadə, Eldar Baxış, Adil Cəmil, Ağacəfər Həsənli... düşür. Bax,Əlisəmit də bu istedadlardan biridir. Həm yaradıcılığı dupdurudu, həm də özü...

Elə məndə yeni mövzunu Tural Cəfərlinin onun barəsində qələmə aldığı yazını oxuyandansonra tapdım. O yazıda Əlisəmitin iki şeiri də nümunə gətirilib. Bir bəndioxucuların diqqətinə çatdırıram:

Bu küləkoğlanlar, kələk oğlanlar,

Bu payızgözəllər, bu xəzəl qızlar,

Dayanıbyolumda qovaqlar kimi, -

Adamlardəyişir havalar kimi, -

Niyə dəyişmədin,Cəfərin oğlu?!..

Əlisəmitheç vaxt dəyişə bilməzdi və heç dəyişə də bilməyəcək. Çünki onun atası, anasıhansı tərbiyəni veribsə, hansı yolu göstəribsə, o yol da onu həmişə üzü işığa,üzü yaza, üzü vətənə doğru aparıb. Üzü işığa, üzü yaza, üzü vətənə doğru gedənadam heç vaxt dəyişə bilməz. Çünki onun çölü də, içi də işıqdı, nurdu, sevgidivə üfüqdən boylanan bir günəşdi...

Mənim azyaşım yoxdu. Dünyanın hər üzünü görmüşəm. Dünyanın çovğunu, qarı, şaxtası,istisi, küləyi mənim bu içimdən keçib və dünyanın özünə qayıdıb. O qədər birbalaca imkanı olan kimi dəyişən adam görmüşəm ki. Onlar nəinki dostlarını, çörəkkəsdikləri adamı, sevdikləri insanları yaddan çıxarıblar, onlar dəyişəndənsonra hətta atalarını, analarını belə unudublar...

... Bir-ikikonkret fakt yada salmaq istəyirəm. Yenicə ailə qurmuşdum. Sovetskidə bir məhlədəkirayənişin qalırdım. Təzə evləndiyimizə görə nə çarpayımız vardı, nədivanımız, nə də stolumuz. Mən də, yoldaşım da tələbəlik illərindən qalanyorğan-döşəyimizlə, çamadanımızla o evə köçmüşdük. Yorğan-döşəyi döşəməninüstünə salırdıq. Bir gün də yağış necə yağdısa, damdan evin içinə su tökülməyəbaşladı. Vedrəni, ləyəni qoyduq ki, su ora tökülsün...

...Qonşum çox yaxşı oğlan idi. Özü də qarabağlıydı. Mənim təzə köçdüyümü bilirdi.Dedi ki, gəl, qır tapıb əridək, damın üstünü düzəldək. Qır da tapdıq, qazan da.Əritdik və ikimizin də damının üstünü düzəltdik. Tay yağış dammadı. Evə girəndəgördü ki, çarpayım yoxdu, qanı qaraldı. Dedi ki, qızı qaçırmısan? Dedim yox ey,dilxor olma! Mən çox varlı bir kişinin oğluyam. Sadəcə olaraq, müvəqqəti bura gəlmişik.Bir-iki aydan sonra yaxşı bir ev var, ora kğçəcəyik. Yoldaşımın da cehizləriniora gətirəcəyik. Çarpayı da, divan da, stol-stul da var. Bu sözləri eşidəndənsonra qonşumun qanı duruldu. Amma dedi ki, belə olmaz! Məndə artıq iki çarpayıvar. Verim sizə, Allah qoysa, təzə evə köçəndə çarpayını qaytararsınız! Bir neçədəqiqədən sonra qaynıyla çarpayını evə gətirdi və quraşdırdı. "Xeyirli olsun” deyib öz mənzilinə getdi...

... Onunlahər gün görüşürdük. Birimiz olmayanda o birimizin boğazında çörək keçməzdi.Tez-tez badımcan, pomidor, bibər dolması bişirtdirib məni və həyat yoldaşımı evədəvət edərdi. Deyərdi ki, istedadlı oğlansan, sənin böyük gələcəyin var, həm dəyerlimsən. Onda heç o dostum o qədər varlı deyildi. Düz 8 il belə dostluq elədik.O ev alıb Bayıla köçdü, biz də ev alıb Günəşliyə getdik.

... Uşaqlarımızınad günündə görüşərdik. Birdən-birə dostum biznesə girişdi, varlandı, şəhərin4-5 yerində ev aldı, cürbəcür maşınlar və var-dövlət! Qısa zamanda hər şey dəyişməyəbaşladı. Nə mənə zəng gəldi, nə də qapımı açdı. Bir-iki dəfə zəng edibuşaqlarımın ad gününü təbrik elədi. Gördüm dilucu danışır. Qızının və oğlununtoyu olanda xala-xətrin qalmasın özü yox, qaynı mənə zəng çaldı. Dedi ki, yeznəmsəni toya çağırır. Biz də toya getdik. Bərkgedən şadlıq sarayında yüksək vəzifəliadamları gördüm. Xanımını təbrik elədik. Heç oturmağa yer də yox idi. Özü isə gəlibgörüşmədi. Xalaxətrin qalmasın, başı ilə uzaqdan salam verdi. Gördüm ki,sıxılıram və xanımım da özünü narahat hiss eləyir, bir saatdan sonra nəməryazdırıb toydan çıxdıq. Düz 20 ildir tay əlaqə yaratmıram. Çünki mən toydan əvvəldə bir neçə dəfə zəng elədim, telefonuma cavab vermədi. Tay dedim zəng eləməyinnə mənası var?!

... Birdostum da vardı. Onunla da cani-qəlbdən bir idik. Bir tikə çörəyi yarı bölərdik.Hətta ağır günümdə kirayənişin qalanda mənə arxa da durub. Çətin gündə mənə"qorxma” deyib. Onunla da uzun müddət duz-çörək kəsmişəm, dostluq eləmişəm vəbalalarımız da bir-biriylə oturub-durublar. Elə oldu ki, onun da işləri yaxşı gətirdi,başı işlədi, böyük biznes qurdu. Pul sel kimi gəlirdi, heç sayı-hesabını dabilmirdi. Bir gün onunla görüşmək qərarına gəldim. Aşağıda mühafizəçilərə deyənkimi o dəqiqə xəbəri ona çatdırdılar. Oda insaf naminə heç bir-iki dəqiqə keçmədi ki, "gəlsin” – dedi. Kabinetinədaxil oldum, ayağa qalxıb öpüşüb-görüşdü. Və sonra da özünəməxsus bir hərəkətlədilləndi:

- A müəllim,harda itib-batmısan? Mən də gözləyirəm ki, bu qardaş nə vaxt gəlib çıxacaq?

- Zəngeləyirəm, telefonuma cavab vermirsən. Tay mən də düşünürəm ki, yəqin işin-gücünçoxdu, ona görə də vaxt tapıb telefonu qaldırmırsan...

- Nədanışırsan elə şey olar, sən zəng eləyəsən, mən cavab verməyəm?!

- Olar!– dedim.

Deyəsən,bu sözüm dostumun xoşuna gəlmədi, rəng aldı, rəng verdi. Sonra gördüm ki,yanında çoxdan tanıdığım bir maşennik var. O maşennik bunu möhkəm-möhkəm tərifləyibdeyirdi:

-Vallah, əmioğlu, sənin sifətindən nur yağır. Sanki peyğəmbərə oxşayırsan. Allahsənin kimi oğlanların canını sağ eləsin!..

Həminmaşennik dostumu tərifləyəndən sonra dostum əlini cibinə saldı, iki yüzlükdolları onun cibinə basdı. Maşennik mənə tərs-tərs baxdı və otağı tərk elədi.Gördüm ki, dostumun ürəyinə onun dediyi sözlər yağ kimi yayılıb və ləzzət eləyir.Dilim dinc durmadı və o sözü deməsəydim, ürəyim partlayardı:

- Birdənelə bilərsən doğurdan da sənin sifətindən nur tökülür və peyğəmbərsən. Sən heç dəelə deyilsən! Sadəcə olaraq, bəxtin gətirib və bir az da bacarıqlısan. Amma buo demək deyil ki, nəyə desən qadirsən. Özündən çox razısan və gözün ayağınınaltını görmür, tərifi də çox sevirsən. Bax, bu təriflər axırda sənin başını yeyəcək.

Mən busözləri deyəndə dostum qapqara qaraldı, dodağını gəmirməyə başladı. Məndən çəkinməsəydi,"bas bayıra” deyərdi. Çünki çox adama o sözü demişdi.

Uzunmüddət onunla aramızda bütün əlaqələr qırıldı. Hətta qızımın toyuna dəvətnaməgöndərsəm də gəlmədi. Bir-iki dəfə də küçədə rastlaşanda məni görməməzliyəvurdu. İllər keçdi. Bir dəfə mənə ondan zəng gəldi. Dedi ki, bağışla məni, mən dostumla düşmənimitanımamışam. O dediyin adam doğurdan da maşennik imiş. O maşenniklər məndənistifadə edib bütün var-dövlətimi dağıtdılar. İndi qalmışam quru yurdda. Elədüşünürəm ki, ən təmiz, ən sədaqətli dost sənsən. İndi o adam mənə tez-tez zəng edir. Sonradan ayağa qalxmağı bacardı vəbiznesini də qurdu! Əvvəlki dələduzların heç birini yaxına buraxmır. Amma görürəmki, səhvini başa düşüb və düzəldib. Yəni indi adam olub. Mənə də nə qədər deyirki, gəl gedək yaxşı şəraitim var ora, deyirəm ki, vaxtım yoxdu. Sonra soruşurki, sən Allah bir sıxıntın, maddi çətinliyin olar, bax, deməsən kişi deyilsənha! Mən də heç bir şey demirəm...

... İndidünya belədi. Birinin bir balaca imkanı olanda, varlananda və yaxud vəzifəyəkeçəndə gözü ayağının altını görmür. Və düşünürəm ki, bu gözü ayağının altınıgörməyənlər dəyişən adamlardı. Amma dəyişməyən adamlar da görmüşəm. Şan-göhrəti,vəzifəsi, pulu, imkanları nə qədər böyük olubsa, bir o qədər də sadələşiblər. Mənbunu böyük Nüsrət Kəsmənlidə, Aqil Abbasda, Vaqif Bəhmənlidə, Adil Cəmildə...görmüşəm. 50 il bundan əvvəl onları necə tanımışdımsa, şöhrətin zirvəsinəçatanda da elə həmin duruluqda, həmin paklıqda, həmin saflıqda olublar...

... Onuda düşünürəm ki, elə nə yaxşı mən də dəyişməmişəm. Dəyişsəydim Qismət kişininoğlu Faiq ola bilməzdim. Olardım başqa bir adam və hamı da deyərdi ki, balam,oddan kül törəyib. Bax onda dədəm Qismətin çörəyini mənə haram sayardılar.Çünki mənim dədəm nə qədər imkanlı, varlı olsa da, heç vaxt dəyişmədi, eləolduğu kimi də qaldı. Onu Bəhmənlidə var-dövlətindən çox yaxşı, xeyirxah və əməlisalehişlərinə görə tanıyırlar. Və bu gün də biz hansı mövqeyi tutsaq da, kəndə gedəndəel-oba bizi Qismət kişinin oğlu kimi dəyərləndirir. Ona görə də deyirəm ki, ay Cəfərkişinin oğlu Əlisəmit Kür, nə yaxşı dəyişməmisən. Belə dupduru, saf, səmimi vəgün işığı kimi təmiz qalmısan!..


TƏQVİM / ARXİV