SON DƏQİQƏ:

Kəmaləddin Heydərov: Gəncədə raket atılan ərazilərdə heç bir hərbi obyekt yoxdur

  12686   |  
Şriftin ölçüsü  

Ermənistan hərbçiləri Azərbaycanın mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla vandallıq edir.

Bunu bu gün Gəncə şəhərində ermənilərin raket atəşinə tutması nəticəsində dağılan ərazidə olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir nbildirib ki, hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir: "İkinci mərmi evə düşüb. Evdə iki azyaşlı uşaq və 1 qadın olub. Uşaqlar sağ-salamat xilas edilsə də, ana təcili tibbi yardım avtomobilində dünyasını dəyişib".

Nazir bildirib ki, Gəncənin digər raket düşən ərazisində axtarış-xilasetmə işləri davam edir: "Həmin ərazidə 10-dan artıq ölən var, yaralılar çoxdur. Raketlər Ermənistan ərazisindən atılıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Əhali yaşayan yerlərə raket zərbələri endirirlər ki, mülki insanlar həlak olsun. Raket atılan ərazidə heç bir hərbi obyekt yoxdur. Əhalinin sıx yaşadığı ərazidir. Bu, ermənilərin vandalizmidir. Azərbaycan Ordusu qətiyyətli irəliləyiş edir. Ali Baş Komandan həqiqətən də tarix yazır. Ermənilər də buna görə dinc sakinlərdən qisas almağa çalışır".

K.Heydərov bildirib ki, dağılan evlər yenidən bərpa olunacaq və ərazidə yeni evlər tikiləcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK