SON DƏQİQƏ:

Milli karate federasiyası rəsmilərinin iştirakı ilə videokonfrans keçirilib

  17353   |  
Şriftin ölçüsü  

Avropa Karate Federasiyası (EKF) rəhbərliyinin təşkilatçılığı və qitənin 30-dan artıq milli karate federasiyası rəsmilərinin iştirakı ilə növbəti videokonfrans keçirilib.

Azərbaycan Milli Karate Federasiyasından Adalet.az-a bildirilib ki, görüşdə qlobal pandemiya şəraitinin karatenin inkişafına mənfi təsirlərini azaltmaq və qarşıda nəzərdə tutulan yarışlarla bağlı müzakirələr aparılıb.

Dünya Karate Federasiyası (WKF) və EKF-in prezidenti Antonio Espinosun sədrliyi ilə videoknfransa qitə təşkilatının İcraiyyə komitəsinin üzvləri, o cümlədən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Hakimlər komitəsi və Təşkilatın komitəsinin rəsmiləri qatılıb. Pandemiyanın avropa ölkələrində geniş yayılması səbəbindən, 2021-ci ilin ilk yarısına nəzərdə tutulan qitə çempioonatlarının keçirilməsinə də federasiya rəsmiləri münasibət bildirib.

2021-ci ilin fevralında Finlandiyanın Tampere şəhərində nəzərdə tutulan yeniyetmə və gənclər arasında Avropa çempionatı İcraiyyə komitəsinin qərarı ilə avqust ayına keçirilib. Qitə çempionatında yaşları həmin tarixlərə uyğun gələn idmançılar iştirak edəcəklər.

2021-ci liin mayında İsveçin Geteborq şəhərində planlaşdırılan olimpiya lisenziyalı Avropa çempionatına aid müzakirələrdə, təşkilatçı ölkənin rəsmiləri yarışın keçirilməsi ilə bağlı bir sıra çətinliklərin yarandığını bildirib. Y.Bəşirov isə çıxışında qeyd edib ki, Azərbaycan bu məsul yarışı keçirməyə hazırdır.

Federasiya prezidentinin təklifini dərhal 10 ölkənin rəsmiləri dəstəkləyib. Qarşıdakı Avropa çempionatının keçirilmə yeri ilə bağlı yekun qərar yaxın zamanlarda veriləcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK