adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Oktyabr 2020 00:24
27549
GÜNDƏM
A- A+

Milli Qəhrəmanın qızı: “Dünya azərbaycanlıları Azərbaycan dövləti ətrafında sıx birləşib”

İsveçrənin Bern şəhərindəki məşhur Helvetiaplatz meydanında Ermənistanın Azərbaycana hərbi təcavüzünə və təxribatlarına qarşı geniş etiraz aksiyası keçirilib.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada əksəriyyət azərbaycanlılar, o cümlədən digər millətin nümayəndələri iştirak ediblər.

Aksiyanın iştirakçılarından olan Azərbaycan Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova yerli mətbuata bildirib ki, işğalçı Ermənistanın təxribatlarına qarşı bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin, Ali Baş Komandan cənab İlham Əliyevin trafında sıx birləşiblər.