adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Oktyabr 2020 11:11
38827
MƏDƏNİYYƏT
A- A+

“Xalqımla fəxr edirəm” - AÇIQLAMA

“Hər gün gözəl xəbərlər eşidirik. 1 sm torpağımızın belə düşmən işğalından azad edilməsi bizim üçün bayramdır. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin çıxışlarını elə səbrsizliklə gözləyirəm ki. Сənab Prezident xalqı necə ruhlandırır. Allah Ali Baş Komandanımızı, Ordumuzu, əsgərlərimizi qorusun.

Çox zaman biz yaşlılar gənclərimizdən narazı qalırdıq, onlarda nələrisə bəyənmirdik, amma bundan sonra bir də gənclərimizdən şikayətlənmərəm. Bizim necə gözəl cavanlarımız böyüyüb, necə gözəl nəslimiz yetişib. Gənclərimiz necə Vətənpərvərdirlər. Xalqımla fəxr edirəm. Yeni nəsil bizim kimi deyil. Bizim gəncliyimiz yumruq altında keçib. Amma gənclərimiz müstəqil bir ölkədə böyüdülər. Ona görə də indiki gənclər qorxmazdırlar. Demirəm ki, biz qorxaq idik, amma sanki nələrdənsə çəkinirdik.

90-cı illəri heç yadıma salmaq istəmirəm, amma istəsəm də, istəməsəm də, yadımdan çıxmır. 30 ildir, susub dayanırdıq. Lakin düşmənə öz gücümüzü göstərdik və axıra qədər də göstərəcəyik. Şəhidlərimizin qanını yerdə qoymaq olmaz. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bu gün hər kəs bir yumruq şəklində birləşib”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Azərbaycan Respublikasının Əməkdar artisti Nəsibə xanım Eldarova deyib:

“Bax mən Bakıda doğulub böyümüşəm. Amma Vətən hissi başqadır. Mənim kimi minlərlə insan belə düşünür. Qarabağı heç görməyən gənclər onun həsrətindədirlər. Çünki onlarda Vətənə sevgi var. Ad çəkməyəcəm, o gün bir nəfər qayıtdı, mənə dedi ki, müharibə pis şeydir, olmasın. Mən isə ona cavab verdim ki, sənin ürəyində Vətən sevgisi yoxdur, ona görə belə deyirsən. Bilirsiniz, Vətən sevgisi o kəslərin ürəyində olur ki, onlar Vətənin pis-yaxşı günlərində onun yanında olurlar.

Ermənilər xəstə millətdir. O cür insan ola bilməz. Onlar heç insan da deyillər. Düzünü deyim ki, mən ermənilər arasında böyümüşəm, yəni məhləmizdə çoxlu ermənilər yaşayırdı. Nə bilək ki, ermənilərin ürəyində bizə qarşı kin var imiş. 80-90-cı illərdə azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin saldılar. Bunu necə etmək olar? Bizim kiçik yaşlı uşaqlarımıza qarşı necə vəhşiliklər ediblər. Bu gün də çirkin əməllərini vəhşicəsinə davam etdirirlər.

Bir dəfə qaçqın düşmüş yaxın bir rəfiqəm torpağı barəsində söhbət edirdi, həmin söhbəti heç unutmaram. Evindən, həyətindən, oradakı günlərindən bəhs etdi. Çox sadə danışırdı, amma onun gözlərindəki nisgil hər şeyi ifadə edirdi. Baxmayaraq söhbətin üstündən 20-25 il keçib, mən onun gözündəki həmin ağrı-acını indiyə qədər yadımdan çıxara bilmirəm. Ermənilər çox həyasızdırlar. Axı nə qədər həyasız olmaq olar ki, bizim şəhidlərimizin, ölmüş dinc əhalidən olan kəslərin şəkillərini göstərib deyəsən, bu mənimkidir. Adam nə qədər həyasız olar, nə qədər riyakar olar?!

Bax nələri çatmırdı da?! Ölkəmizdə ən yaxşı şeylərə sahib idilər. O dövrdə heç ayırmırdıq ki, onlar ermənidirlər. Karantin vaxtıdır da, insan istər-istəməz nələrisə düşünür. Oturub fikirləşib təhlil etmişəm, Azərbaycan, bəlkə də, dünyada yeganə dövlətdir ki, hər bir kəsi öz doğması kimi qəbul edir. Amma ermənilər yeganə xalqdır ki, yaşadığı, süfrəsindən çörək yediyi insanlara qarşı nankorluq edir. Ermənilər kimi bir millət yoxdur. Allah onlara lənət eləsin”.

Rövşən Tahir