adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Oktyabr 2020 22:33
27708
SİYASƏT
A- A+

Türkiyə münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır - İlker Başbuğ

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qonşuluqdan daha çox iki qardaş münasibətidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi İlker Başbuğ deyib.

O bildirib ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsində qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır:

“Azərbaycanın Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlar öz torpaqlarının azad edilməsi məqsədi daşıyır. Beynəlxalq hüquq baxımından da bu, haqlı əməliyyatdır. Bundan başqa, unutmaq olmaz ki, 1991-ci ildə başlayan işğal müddətində 20 min azərbaycanlı şəhid olub, mülki şəxslərə yönəlmiş hücumlər nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan qaçqın və məcburi köçkünlərin sayı 1 milyonu ötüb. Türkiyənin bu müharibədə qeyd-şərtsiz Azərbaycanın yanında olmasından təbii bir şey yoxdur”.