SON DƏQİQƏ:

Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib

  11035   |  
Şriftin ölçüsü  

Avstriyanın Zaltsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törədilən terror aktları ilə bağlı bir sıra türk icma və təşkilatları ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, görüşdə Beynəlxalq Demokratlar Birliyinin Zaltsburq şöbəsinin (UID - Union of International Democrats) rəhbəri Erdoğan Kandemir, Avstriya Linz İslam Federasiyasının (ALİF) Mattiqhofen şöbəsinin nümayəndəsi Mustafa Kocak, Alperen Ocaqları Branau üzrə nümayəndəsi Ahmet Türkoğlu, UID gənclik qolları rəhbəri Abdulbaki Kandemir, Turan camisi və Ülkücü ocaqlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə son 100 ildə ermənilərin Azərbaycana qarşı yürütdükləri soyqırım siyasətindən, dinc insanlara qarşı törədilmiş Gəncə, Bərdə terrorlarından söhbət açılıb, qonaqlara erməni terorundan bəhs edən material və faktlar təqdim edilib.

Tədbir zamanı şərqdə yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə olan ərazisindən bəhs edilib və sübut kimi həmin dövrə aid xəritələr və İstiqlal Bəyannaməsi nümayiş etdirilib.

Bildirilib ki, ermənilərin yürütdükləri işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanın əzəli torpaqlarının bir qismi indiki Ermənistan ərazisində yerləşir və hətta Ermənistanın özü də bir dövlət kimi qədim Azərbaycan torpağı olan İrəvan xanlığının əraziləri hesabına formalaşb.

Tədbir iştirakçıları Gəncə və Bərdədəki terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə güllər, oyuncaqlar düzüb və şamlar yandırıblar.

Azərbaycan ordusunun işğalda olan bütün torpaqları tezliklə azad edəcəyinə, Ermənistanın xalqımıza qarşı apardığı təcavüzkar və terrorçu siyasətə son qoyulacağına əminlik ifadə olunub.

Tədbirin sonunda qonaqlara Azərbaycan tarixindən və ermənilərin terorundan bəhs edən kitablar hədiyyə olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK