adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Noyabr 2020 15:48
156635
ŞOU-BİZNES
A- A+

“Ruhi əsgərlərin dəsmallarına qədər aldı” - Tolik dilə gəldi

“Hər şey pulla ölçülmür. İstəmirəm, dostlarımdan danışım, deyəcəklər, tərifləyir. Yazırlar ki, Ruhi niyə kömək eləmir? Gördünüz, 60 əsgərimizin gündəlik çimməsini təmin edəcək hamam düzətdirdi. Səbr edin. Ruhi əsgərlərin şampununa, dəsmallarına qədər aldı. 50 kilo, 100 kilo çərəz apardı. Ruhi nələr etmədi ki?

Müğənnilərə heç nə demirəm daha. Onları Allahın ixtiyarına vermişəm. Özləri bilsin, Allahları bilsin. Olan kömək edir, olmayan etmir. Bu gün çox sevinərəm ki, bir müğənnimiz otursun evdə, video çəksin ki, mən öz əllərimlə 200 paxlava, qoğal bişirib əsgərlərə göndərəcəm. Necə sevinərəm?! Daha gedib dükandan almasınlar. Evlərində bişirsinlər. Hamısı rayon qızlarıdır. Qoy 300 manat xərcləri çıxsın. Nə xərc çəkəcəklər? 500 ədəd şəkərbura bişirsələr, heç 200-300 manat xərcləri çıxmayacaq. Bunu ürəkdən etsinlər, içdən etsinlər”

Bu sözləri “instagram” hesabında paylaşdığı videoda prodüsser Tarix Əliyev müğənnilərə xitabən deyib:

“Vallah, sən desən ki, üzüyümü satıram 100 manata və bu pula əsgərlərimizə şəkərbura, paxlava bişirib göndərirəm, səni xalqım öpüb gözünün üstünə qoyar. Təbii ki, səmimi etsən bunu. 500 manatlıq qoğal, şəkərbura bişirsən, bunu ürəkdən etsən, xalq səni sevər. Daha reklamla yox, götür qızılı, get video çək ki, mən bu qızılı əsgərlər üçün satıram. Yox, qəşəng alınmadı, prodüsserdə başqa-başqa rakurslardan çəksin, belə demirəm. Müğənnisən, mən səni gözəl anlayıram, amma sənə ideya verirəm. Çağır dostlarını evində şirniyyatlar bişir. Arvadsınız da hamınız, eliyə bilirsiniz. Şəkərburaların üstünə Qarabağ, Laçın, Şuşa, Kəlbəcər yazın, deyin ki, əsgərlər üçün etmişik. Buna görə camaat sizə çox sağol deyəcək. Bunu eləyin, videosunu mənə göndərin, mən paylaşım. Görün nə gözəl ideyadır. Şəkərburaların üstünə əsgər adları yazın, bişirib göndərin onlara. Əsgələrdə adlarını axtarsınlar, sevinsinlər. Bu ideyalar məndən gəlir sizə. Edin bunu, xalqın sevgisini qazanın. Bunu etsəniz, əsgərlər necə sevinərlər?! Nolar ki, əsgərlərimiz üçün isti çörəklər bişirib göndərəsiniz. Lazım deyil ki, onlara geyim göndərəsiniz. Əsgərlər üçün bir ana əlləri ilə bişən şirniyyat dünya olar. Axı bunu ki, bacarırsınız. Niyə etmirsiniz axı? İnanın ki, bu əsgərlərimizə necə xoş olacaq”.

Rövşən Tahir