adalet.az header logo
  • Bakı 13°C
21 Noyabr 2020 22:45
19239
DÜNYA
A- A+

Conson siyasi qərarları Votsapla vermək istəyib - Qalmaqal

Britaniya Baş naziri Boris Consonun gizli siyasi qərarları Votsap vasitəsilə vermək istəyi mübahisəyə səbəb olub.

Axar.az xəbər verir ki, hökumətdəki bəzi nüfuzlu şəxslər Consonun bu istəyinə qarşı çıxıblar.

Britaniya mediası Consonun bu istəyinin arxasında sevgilisinin dayandığını iddia edib.

Belə ki, bundan öncə də Consonun sevgilisinin baş nazir telefonla danışan zaman ona təzyiqlər göstərdiyi və bəzi məsələlərə müdaxilə etdiyinə dair iddialar ortaya çıxmışdı.