SON DƏQİQƏ:

Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək - ETSN

  12577   |  
Şriftin ölçüsü  

İşğaldan azad olunmuş Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir. Füsünkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu rayonun ərazisində yerləşir.

Trend-in məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib. O bildirib ki, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə edir. Bu göl nadir qızılxallı forel balıqları ilə məhşurdur:

“1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı".

A.Səmədova qeyd edib ki, işğaldan azad olunmuş Laçın rayonu ərazisində aidiyyəti qurumlarla birgə, beynəxalq ekspertlərin iştirakı ilə monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyan hərtərəfli qiymətləndiriləcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK