SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR QƏFƏSİN İSTİSİ

  42494   |  
Şriftin ölçüsü  

Bütün canlılar yaşamaq istəyir. Ən azından ona görə ki, Allah-Təala onları yaradanda onlar üçün şərait də yaradır. Yəni onlar təbiətin gözəlliklərindən, füsnkarlığından, odundan, alovundan, istisindən, soyuğundan və baharından istifadə eləməlidilər. Yəni o canlılar yaşamaq üçün həyatda qalmaq üçün, mübarizə aparmaq üçün nə lazımdısa onu da etməyə məcburdular. Canlıların arasında quşların öz yeri var. O quşlar ki, təbiətə, dünyamıza və həyatımıza bir gözəllik qatırlar, bir rəng gətirirlər, bir qeyri-adi mənzərə yaradırlar.

Təbii ki, hər quşun öz ömrü, öz şəraiti, öz yaşam tərzi var. Adətən güclü quşlar, qüvvətli quşlar istər yayın istisində, istərsə də ən yüksək vaxtında belə yaşamağın yolunu tapırlar, özlərini çətin, mürəkkəb, ağır vəziyyətdən xilas edirlər. Amma elə quşlar da var ki, onlar insanların, cəmiyyətin sevgisinə, məhəbbətinə, istəyinə belə deyək məhkumdular. O quşlar harda insan nəfəsi varsa, harda insan əli varsa, onun sayəsində ağır qış fəslindən, qardan, çovğundan, aclıqdan, yalavaclıqdan qurtara bilirlər. Təbii ki, bütün quşlara insanlar təminat verməli deyil, onların hamısını qoruya bilməz. Amma biz yaşadığımız

cəmiyyətdə, olduğumuz yerdə o quşları qışın soyuğundan, qarından, şaxtasından qoruya bilərik.

Bu yaxınlarda yolum filarmoniya bağına düşmüşdü. Orda 50-60 ilin ağaclarına aşağıdan yuxarı baxanda diqqətimi qeyri-adi bir mənzərə cəlb elədi. O mənzərə ki, uzun illərdi mən heç Bakının parklarında, bağlarında o mənzərəni görməmişdim. O mənzərəni gördüm və sevindim ki, nə yaxşı bizdə də insanlar bu barədə düşünür, çıxış yolu tapır və o quşlar üçün şərait yaradırlar. Neçə-neçə gövdəli hündür ağacda o bağda mən quş qəfəsləri gördüm. Və o quş qəfəsləri qeyri-adi bir qəfəsə bənzəsə də, hər halda o qışın soyuğundan o quşları qoruya bilər. O qəfəsə iri quşlar yox, ancaq balaca quşlar daxil ola bilərlər. Bizdə də ən çox xırda quşlar, qaranquşlar, sərçələr və digər quşlar qışın soyuğunda soyuqdan qorunmaq üçün isti yer axtarırlar, isti ocaq arayırlar. Bəzisi o isti yeri tapır, bəzisi isə o isti yeri tapmadığına görə soyuqdan, şaxtadan donurlar. O qədər quş cəsədi görmüşəm ki. Xüsusən qarlı, şaxtalı, soyuq havada həmin quşlar soyuğa tab gətirməyərək ölürlər. Amma o isti qəfəsləri görəndən sonra bir balaca ürəyimdə rahatlıq yarandı ki, nə yaxşı belə bir qəfəslər düzəldilib, belə bir insanlar qeyri-adi humanist addımlar atıblar ki, o quşlar da yaşasınlar. Bu təşəbbüsü, bu sevgini, bu istəyi əlbəttə, alqışlamaq lazımdır. Bir parkda deyil, Bakının, şəhərlərimizin, küçələrimizin hər yerində belə bir təşəbbüslə çıxış etmək olar ki, qar yağanda, şaxtalı günlərdə o quşları qorumaq üçün qəfəslər olsun.

Mən neçə-neçə adam tanıyıram ki, həyətində də belə qəfəslər düzəldiblər. O qəfəslərdə mən hər gün o quşların səsini eşidir, onların uçuşunu görür və o quşların orda sığındığını hiss edirəm. Ümumiyyətlə, təbiətdə həmişə heyvanlara, quşlara qarşı böyük bir sevgi yaranıb. Çox uzağa getməyək, hər dəfə işə gedəndə AMEA-nın qarşısındakı parkda çox maraqlı bir mənzərənin şahidi oluram. O mənzərənin ki, orda çoxlu sayda göyərçinlər olur və çoxlu sayda göyərçinlərə könüllülər gəlib orda dən səpirlər, onlara yem verirlər. Və bəzən onların səpdiyi dənin ətrafına minlərlə quş toplanır və o quşlar insanların sevgisini görərək, məhəbbətini görərək onlara yaxınlaşırlar, onların yanında hərəkət edirlər və bilirlər ki, doğurdan da o quşlara heç kim zədə toxundurmayacaq, o quşları heç kim incitməyəcək.

Təbiət belədi, onu sevərsənsə, qoruyarsansa, o təbiət də sənə xidmət eləyər, səni sevər, səni qoruyar. Bu mənada qış günlərində, xüsusilə də qarlı, şaxtalı havalarda o quşları qorumaq hər bir insanın borcudu. İndi qabaqdan 21-22 sinoptiklərin verdiyi məlumata görə, qarlı qış günləri gələcək. Həmin günlər Bakıda qar yağacaq, şaxta düşəcək, havanın temperaturu mənfi 2-3 dərəcəyə enəcək. Əvvəlki vaxtla müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Belə bir şəraitdə təbii ki, quşların vəziyyəti soyuqdan çətin anlarla üzləşə biləcək. Aydındır ki, belə şəraitdə, belə məqamlarda o sahibsiz quşlara yiyə durmaq lazımdır, onlara heç olmasa imkan daxilində öz eyvanına qonan o quşlara dən tapa bilməsə də, çörək ata bilərlər, başqa yem mverə bilərlər ki, həmin quşlar, həmin pənah gətirən canlılar sevinsinlər.

Biz bütün canlıların yaşamaq uğrunda necə mübarizə apardıqlarının şahidi olmuşuq. Onlar bəzən qarlı qışda, şaxtalı havada öz balalarını xilas etmək üçün yem axtarırlar, ora-bura özlərini çırpırlar. Amma yem tapa bilməyəndə bir də görürsən ki, o quşlar ac-yalavac qayıdır, üstəlik də ac olmaqla yanaşı, qarlı, şaxtalı havada məhv olurlar.

Əlbəttə, insanlar istəsə o quşları bu cür mürəkkəb hava şəraitində xilas eləyə bilərlər, onları qoruya bilərlər, onları sevə bilərlər. Biz o quşlar üçün imkan daxilində isti qəfəslər təşkil edə bilsək, onlara yem verə bilsək, onlara əl tuta bilsək, o quşlar da bu şaxtadan, bu qardan, bu soyuqdan çıxa bilər, üzü yaza yaşaya bilərlər. Əlbəttə, hər bir canlının yaşamaq haqqı var, yaşamaq hüququ var. Və o canlılar da bir-birinə kömək eləməlidir.

İnsan da bəşəriyyətin əşrəfi olduğuna görə, Allah-Təala ona həm şüur, həm imkan, həm də madiyyət verib. Və biz bu imkanımızla, bu düşüncəmizlə, bu sevgimizlə Allahın bizə verdiyi bu gözəlliklərdən istifadə eləyərək, təbiətin bir parçası olan, ona gözəllik gətirən o sahibsiz quşlara bu qış günlərində kömək dursaq, onlara dən versək, onlara isti qəsəf yaratsaq, onlar da yaşaya bilərlər. Onlar da birmənalı olaraq, həyatlarını davam etdirmək imkanına malik ola bilərlər. Deməli, burdan belə çıxır ki, biz hamımız təbiəti sevdiyimiz kimi, ağacları, çayları, gölləri və meşələri sevdiyimiz kimi, o quşları da sevməliyik, xüsusən də soyuq günlərdə o quşlar sığınacaq axtaranda, yem axtaranda onları ümidsiz qoymayaq. Həyətimizə gələn, eyvanımıza qonan qapımızı döyəcləyən o quşlara çox yox, bir çimdik dən atmaq da, bir tikə çörək atmaq da çox savabdı. Çünki biz onu eləyiriksə, Allah-Təala da onun qarşısında bizə başqa sevgi verir. Allah hamıya kömək olsun ki, bütün insanlar yaşasın, həyatlarını, ömürlərini sevgiylə, məhəbbətlə davam etdirsin. Və hər bir canlının da yaşamaq hüququ var. O mənada təbiətimizə zənginlik və gözəllik gətirən quşları da qorumalı, sevməli və imkan daxilində onlara kömək göstərməliyik ki, onlar növbəti yaza sevgiylə qovuşa bilsinlər.

Hər yaz gələndə bütün təbiət sevindiyi kimi, quşlar da sevinir. Çünki onlar qarlı, şaxtalı, soyuq qışdan üzü yaza, isti havaya çıxırlar, isti yuvada, isti qəfəsdə təbii ki, soyuqdan qorunaraq yaza çıxmaq çox gözəl bir xoşbəxtlikdi. Allah-Təala bu xoşbəxtliyi heç bir canlısından əskik eləməsin. Gəlin quşları qoruyaq ki, onları çətin vəziyyətdən çıxaraq ki, Allah-Təala da bizi çətin vəziyyətdən çıxarsın.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK