SON DƏQİQƏ:

Texniki Universitetə yeni prorektor təyin olunub - FOTO

  14023   |  
Şriftin ölçüsü  

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektor vəzifəsinə yeni təyinat olunub.

Universitetin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, yeni təyin olunan prorektor Nurəli Yusifbəyli bu gün kollektivə təqdim olunub. Rektor Vilayət Vəliyev bildirib ki, Nurəli Yusifbəylinin Tədris işləri üzrə prorektor təyin olunması AzTU-da tədqiqatların, elmi əməkdaşlığın, universitet-sənaye işbirliyinin və tələbə-müəllim münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Rektor qeyd edib ki, Nurəli Yusifbəyli bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışaraq daimi olaraq yüksək səviyyədə elmi-tədqiqatlar aparmaqla yanaşı, həm də 1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, 2003-cü ildən AzTU-nun Avtomatika və idarəetmə kafedrasının professorudur. Rektor yeni prorektora uğurlar arzu edib, həmçinin əvvəlki prorektor Xaliq Yahudova fəaliyyətinə görə təşəkkür edib.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli AzTU-nun ona doğma olduğunu qeyd edib və göstərilən bu etimadı doğruldacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl AzTU-nun Tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Xaliq Yahudov ötən ay öz xahişi ilə işdən azad olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-08
2021-03-07

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK