adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Fevral 2021 12:55
31202
ELM VƏ TƏHSİL
A- A+

Etibar Əliyev: Tədris necə olmalıdır?

London İqtisadiyyat Məktəbinin professoru Maykl Oukşotun fikrincə, dərs demək, müəllimə görə, bu, başa düşməli və yadda saxlanmalı olanlara şagirdi gətirib çıxarmaqdır. Buna saysız-hesabsız vasitələrlə nail olmaq olar, məsələn: təlqin etmək, məsləhət vermək, təhrik etmək, inandırmaq, mükafatlandırmaq, göstəriş vermək, söhbət etmək, təlimat vermək, məlumat vermək, nəql etmək, nəsihət vermək, əyani şəkildə nümayiş etmək, sınaqdan keçirmək, yoxlamaq. imtahandan keçirmək, tənqid etmək, intizama dəvət etmək, əzbərlətmək və s. yənu uşağın dərk etmək istəyinə zidd olmayan bütün vasitələrdən istifadə etmək olar.