SON DƏQİQƏ:

Vitali Balasanyanın  cəfəngiyyatları və “Quzu” ” nağılı” - Əntiqə Rəşid yazır

  179688   |  
Şriftin ölçüsü  

Kəndimizdə çox zəhmətkeş,  xeyrə-şərə  yarayan, vicdanlı bir kişi vardı. Adı da Şirin idi. Onun da təxminən 12-13 yaşlarında  çox dələduz: dərsdən qaçan,  kitab üzü açmayan, həmyaşıdları ilə bağlı bütün dava-şavalarda adı hallanan Zaur adında bir oğlu vardı . Şirin dayı şikayətlərdən canı boğazına yığılır bir gün bir qərar verir. 5-6 quzu alır, deyir, Zaur hər gün dərsdən evə gələndə apar bu quzuları çöldə-çəməndə otar.Adamın üstündə Allah var, bu qərarı Zaur çox sevinclə qarşıladı. Hər gün  quzuları otarmağa aparıdı. 1 gün, 5 gün...Günlərin bir günü Şirin dayıya xəbər çatır ki,quzulardan biri kiminsə barısının yanında ölüb, uşaqda qorxusundan evə gəlmir. Elə sağ quzuları da yığıb başına, oturub divarın dibində gözünü də zilləyib tələf olmuş quzuya.Şirin dayı bilir ki əngəl oğlundan keçib, qəzəbli halda  qaranaəfəs  özünü çatdırır “hadisə yerinə”. Baxır xeyli adam da var. Elə qəzəblə soruşur:

-Zaur , bu quzu niyə ölüb?
-Ata...vallah, başını divara çırpdı, öldü...
-Ə, sən nə danışırsan?
-Hə, ata, quzu özü-özünü öldürdü, başını divara çırpdı...

Uşağ demir ee,çomağı qoymuşam quzunun təpəsinə, quzu o dəqiqə canını tapşırıb. Quraşdırdığı “ölüm hadisəsi”nə  özünü elə inandırmış, üzünə elə məsum mimika vermişdi ki...Camaatın arasına bir pıqqıldaşma düşdü.Təbii ki Şirin dayı da nə qədər ciddi olmağa, qəzəbli görünməyə  çalışsa da, özünü gülməkdən saxlaya bilmədi.
 Bu balaca xatirəni niyə yada saldım...? 

Ermənistan mətbuatında məlumat yayılıb Xankəndindəki “dövlət binaları”na Azərbaycan bayraqları asılacaq. Hətta məlumatda Xankəndində Azərbaycan bayraqlarının asılacağı, separatçı rejimin “müdafiə ordusu”nun ləğv olunacağı iddia edilib. İddia Qarabağdakı separatçılar arasında təşvişə səbəb olub.

Xankəndindəki separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəzi media orqanları və sosial şəbəkələrdə yayılmış belə məlumatlarla tanış olduğunu bildirib. Sonra da qayıdıb deyib ki, Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdlular gətirilib. Vitali dübarə əlavə edib ki,  hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə  terrorçu və separatçı ekstremistlərdən yeni peşəkar silahlı dəstlər yaradırıq. Buradakı erməni kökənli əhalinin “təhlükəsizliyini” təmin etmək üçün əlimizdən gələni edəcəyik. 

 Bu zavallı V. Balasanyan demir eyyy, atdan yıxılmışıq” höt-höt”ümüzü yerə qöymuruq.  Əziz oxucu, sizcə, hansı  normal hərbçi, yaxud “təhlükəsizlik şurasının katibi”  terrorçu və separatçı ekstremistlərlə iş görəcəyini  açıb-ağardar?Bəs qarşı tərəfin –Azərbaycanın  tədbir görəcəyini düşünmürmü?Görəsən, bu açıqlaması ilə ”qaz” verdiyi ermənilər ona inanacaqmı? Elə bu dəqiqələrdə jurnalist Ani Sahakyan Balasanyanın bəyanatını cəfəngiyyat adlandırıb.

 İnanıram ki, bu açıqlamadan sonra Azərbaycan Ordusunun arasına bir pıqqıldaşma, bir gülüşmə düşüb ki....

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK