adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Fevral 2021 17:55
23025
GÜNDƏM
A- A+

DİN: Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir 

Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.