adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Fevral 2021 12:36
23105
MƏMLƏKƏT
A- A+

Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verilir

“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Adalet.az xəbər verir ki, layihəyə əsasən, Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib. Bununla bağlı eyni zamanda Bələdiyyələrin siyahısına da dəyişiklik edilib.