adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Fevral 2021 15:55
41064
GÜNDƏM
A- A+

AKADEMİYA YƏQİN ORDA TAXIL ƏKƏCƏK 

Oxudum ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 500 alimə Xızı rayonunda verilmiş bağ təsərrüfatı sahəsinin ləğv edilməsinə və geri alınmasına qərar verib. Hər bir alimin  bağ sahəsi 10 sotdur. Özü də burda ev tikilə bilməz, yalnız ağac əkə bilərlər, gül-çiçək əkə bilərlər ki, istirahət vaxtlarında ailələrini götürüb getsinlər təmiz  hava almağa. Və alimlər də bağ salıblar, yol çəkdiriblər  həmin əraziyə, su çəkdiriblər, xeyli  pul  xərcləyiblər.

Və onu da oxudum ki, alimlər buna  çox kəskin etiraz ediblər.

Dostlar, bəlkə hörmətli Ramiz müəllim orda təcrübə üçün  taxıl əkdirəcək və ölkəmizin ərzaq təhlükəsizliyinə  Akademiyamız öz töhfəsini verəcək?!

Və bəlkə də Akademiya yeni raket və ya hansısa silah növü kəşf edib həmin  ərazidən  poliqon kimi  istifadə olunacaq?

Nə isə…