SON DƏQİQƏ:

ÜST bölgələrdə işləyən tibb işçiləri üçün təlimlər keçirir

  13401   |  
Şriftin ölçüsü  

ÜST-nin Azərbaycan Nümayəndəliyi bölgələrdə psixi sağlamlığa və psixososial dəstəyə öz töhfəsini verir.

Nümayəndəlikdən Adalet.az-a verilən məlumata görə, Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində sosial işçilər və həssas qruplarla işləyən tibb işçiləri üçün Əsas Psixososial Dəstək və Psixoloji İlk Yardım mövzusunda təlim sessiyaları keçirilir.

15-27 fevral tarixləri arasında Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan rayonlarında keçirilən təlimlərə təxminən 50 sosial işçi qatılıb.

Bu proqram birbaşa həssas qruplarla işləyən xidmət təminatçılarının psixososial dəstək və psixoloji ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirməyi hədəfləyir. Bundan əlavə, iştirakçılar proqram çərçivəsində çətin vəziyyətlərdə işləmək üçün vacib olan və emosional tükənmə sindromunun qarşısını ala biləcək özünəqulluğu da öyrənirlər.

Qeyd edək ki, təlimlər Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin təlimçiləri ilə birlikdə aparılır.

İlkin səhiyyə mütəxəssisləri, sosial işçilər və s. kimi ön cəbhə işçiləri üçün əsas psixososial dəstək və psixoloji ilk yardım üzrə təlim proqramının ölkəboyu davam etdirilməsi planlaşdırılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK