adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Mart 2021 14:17
12708
MƏMLƏKƏT
A- A+

FHN xilasediciləri avtomobil qəzasında zərərçəkmiş şəxsə kömək etdi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, iki nəqliyyat qəzası və iki halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində səkkiz nəfər xilas edilib, 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, bir nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.