SON DƏQİQƏ:

Türk dünyasını gözləyən "əlifba" problemi

  23266   |  
Şriftin ölçüsü  

Türk dünyasının ən böyük və ortaq kabusu şübhəsiz ki əlifba olmuşdur. 

Bu gün Türk dünyasında Qırğızıstan xaric, latın əlifbasına keçməyən ölkə qalmadı. Sonuncu dəfə Özbəkistan prezidenti Şövkət Mirziyoyev imzaladığı qərarnamə ilə kiril əlifbasından latın əlifbasına keçmək qərarını verdi. Ondan əvvəl də Qazaxıstan belə bir addım ataraq 2003-cü
 ildə latın əlifbasına keçid qərarını vermişdi. İndi Qırğızıstan prezidenti Sadır Caparovdan belə xoş müjdəli bir xəbər gözləyirik.

Tarix boyunca o qədər çox əlifba dəyişikliyi baş verdi ki, bu, mədəniyyət tarixinin, mədəni mirasın nəsildən-nəsilə ötürülməsində bir çox problemin yaşanmasına səbəb oldu. Pamukkale Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları müəllimi professor Bilge Özkan Nalbantla söhbətləşdim və "Türk milləti bu günə qədər cəmi neçə əlifbadan istifadə edib?" - deyə soruşdum:

"Türk dilinin tarixi müddətində ticarət, mədəni, dini və s. səbəblərdən Türk dilinə uyğunlaşdırılmış Göytürk, Mani, Soğut, Uyğur, Brahmi, Tibet, Suriya, İbrani, Yunan, Ərəb, Kiril və Latın əlifbasından istifadə edilmişdir

Bunların içində Göytürk əlifbasının türklərin özünə aid bir yazı sistemi olduğu qəbul edilmişdir. Əslində Yenisey kitabələrində 100-dən çox olan damğa (hərf) sayı, Orhon kitabələrində 38 damğaya qədər enmişdir".

- Bilge hocam, vacib olan hərf sayının çoxluğudurmu?

"Yenisey kitabələrindəki hərf çoxluğunun əvəzində Göytürklər dövründə hərf sayı azaldılmışdır. Hərf sayının azaldılması yazı sisteminin də inkişafını, təkmilləşdiyini göstərir. Eynilə Yenisey dövründə əldə olunmayan türk birliyi göytürklər dövründə əldə olundu və dövlət sistemi yaradıldı. Beləliklə həm də əlifba birliyi əldə olundu. Əlifba sistemlərində vacib olan hərf çoxluğu yox, qarşılıqlı anlaşıla bilməkdir".

 - Bəs bu gün Türk ölkələri bir-bir latın əlifbasına keçəndə nəyə diqqət etməlidirlər?

"Bu gün Türk dünyasında mübahisə olunan əlifba birliyi və latı  əlifbasına keçid bu mənada dəyərləndirilməli, Türk dünyası latın əlifbasına keçərkən dili qəlizləşdirən hərflərdən imtina edilməlidir. Latın əlifbasına keçid dövrünxə Türk respublikaları öz ağızlarına xas olan bir çox hərfi yazı sisteminə soxmağa çalışır. Bu vəziyyəti Rus siyasəti və tərəfdarları da altdan-altdan dəstəkləyir və aranı qarışdırmaqda niyyətlidir. Türk dünyası qarşılıqlı anlaşıqlığı çətinləşdirən bu əlifba oyununa gəlməməli, Türkiyənin qəbul etdiyi 29 hərflik əlifba sisteminə bacardığı qədər riayət etməlidir".

- Bəs bu oyuna gəldiyimizi zənn etsək, nə kimi problemlərlə üzləşəcəyik?

"Əks təqdirdə latın əlifbasına keçməyin bir mənası olmayacaq və rusların qəbul etdirdiyi kiril əlifbasıyla Qərbi Türkistanı, çinlilərin uyğurlara qəbul etdirdiyi ərəb əlifbasıyla Şərqi Türkistanı və latın əlifbasını qəbul edən Türkiyəni bir-birindən qoparan bu əlifba oyununa yenidən düşəcəyik. 

Təhlükənin digər bir tərəfi də Türk respubliklarında qəbul edilmiş və Türk səs sisteminə uyğun olmayan müxtəlif hərf şəkillərinin yazı sistemlərinə daxil olması nəticəsində yeni çap sistemlərinin qurulmasıdır.

Türk dünyasını boş yerə bu xaosa atmağın kimlərin marağına xidmət etdiyi unudulmamalı, türk tayfaları "boyçuluq" təlaşını bir an əvvəl kənara qoymalı və boylardan uca olan "Türklük" şüuru qəbul etməlidir".

Ümidvarıq ki, Bilge Hocanın bu haqlı xəbərdarlığı Türk Şurasının da gündəmindədir və bu əlifba mövzusu üçün bir Türkologiya Konqresi təşkil etmək gələcək üçün çox vacib bir addım olacaq ...

Meryem Aybike Sinan,
Türkiyə Qəzeti...

Dilimizə uyğunlaşdıran: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK