adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Mart 2021 20:00
22799
DÜNYA
A- A+

Putinə evlənmə təklifi edən qadın: Təəssüf ki...

Rusiya Prezidenti Vladimir Putinə evlənməyi təklif etmiş İvanovo şəhərinin sakini Yuliya Şilova dövlət başçısının buna reaksiyası barədə sualı cavablandırıb.

Adalet.az Report-a istinadla xəbər verir ki, bu barədə qadın "Rusiya 1" telekanalının efirində bəhs edib.

"O, təəssüf ki, mənə zəng etmədi", - sonra Şilova deyib.

Qadın, həmçinin əlavə edib ki, prezidentə müraciətindən sonra xeyli pərəstişkarı ortaya çıxıb, amma onlardan heç biri Yuliyanın ürəyini fəth edə bilməyib.

Yuliya Şilova Putini "iradəli, aydın məqsədli və güclü" insan adlandırıb. O bildirib ki, Putinə çoxdan heyrandır.

Qeyd edək ki, hadisə ötən il Vladimir Putinin İvanovoya işgüzar səfəri zamanı baş verib. Şəhər sakini prezidentə yaxınlaşıb. O, dövlət başçısına özü haqqında qısa məlumat, iki şəkil və telefon nömrəsini verib. Putin isə bundan sonra bildirib ki, qadın belə hərəkətdən sonra bütün ölkədə məşhur olacaq.