SON DƏQİQƏ:

FHN binalarda yanğın təhlükəsizliyi ilə bağlı reydlərə başladı - VİDEO

  10568   |  
Şriftin ölçüsü  

Yaşayış, eləcə də digər təyinatlı binaların giriş-çıxışlarının və keçidlərinin bəzən vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol aça bilər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Adalet.az-a verilən məlumata görə, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır, yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır.

Bu səbəbdən, sadalanan süni maneələrin ünvanlarının müəyyən edilərək aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Belə ki, Xidmətin əməkdaşları tərəfindən reydlər keçirilir, mənzil kommunal təsərrüfatı birlikləri, mənzil tikinti kooperativləri və digər aidiyyəti müəssisə və təşkilatlar qarşısında məsələ qaldırılaraq göstərilən maneələrin demontaj edilməsinə nail olunur, vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq acı nəticələrə səbəb ola biləcək problemin mahiyyəti izah edilir, habelə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə, o cümlədən sosial videoçarxların yayımlanması vasitəsilə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılır.

Bir daha vətəndaşlara müraciət edərək fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyə çağırır və xatırladırıq ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-12

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK