adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Mart 2021 18:05
23937
ELM VƏ TƏHSİL
A- A+

AzTU-nun əməkdaşı koronavirusdan vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova vəfat edib.

Adalet.az xəbər verir ki, o, 58 yaşında koronavirusdan dünyasını dəyişib.

Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.